Ekspert:"Gözlənilən qərar NK-nın mövcud qərarının ləğv edilməsi haqqındadır"
Təhsil eksperti Kamran Əsədov yazır: "15 sentyabrda dərslər ƏNƏNƏVİ QAYDADA başlayacaqmı?
Qüvvədə olan mövcud qaydalara, NK-nin qərarında 2020-2021-ci tədris ili ənənəvi olaraq, HİBRİD formada başa çatıb.
Yəni yeni tədris ilimiz də 2021-ci il 15 sentyabrda bu formada başlayır. Gözlənilən qərar NK-nın mövcud qərarının ləğv edilməsi haqqındadır.
Bir də qeyd edirəm ki, qüvvədə olan qanunvericilik aktlarına görə dərslər 15 sentyabrda ənənəvi qaydada başlayır. Bunun əksi ilə bağlı hələ ki, rəsmi məlumat yoxdur.
2021-ci ilin iyun ayında dərslər necə bitibsə, qüvvədə olan qaydalara görə elədə başlayır."
Paralel.az