Kamran Əsədov: "Abırı olan məşqçi heyəti bu biabırçı oyundan sonra istefa verib gedər"

Kamran Əsədov:
 

Kamran Əsədov yazır: "Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA bu gün 36 yaşım tamam oldu. Yəni peşəkar futbolçu karyeram mümkün deyil. Qalır Azərbaycan Milli Yığmasına baş məşqçi təyin olunmaq.
Mən iddiamı ortaya qoyuram. Düzdür, ixtisasça tarixçiyəm, bakalavr, magistr və 2 dəfə doktorantura pilləsini bitirmişəm.
Amma lap uşaqlıqdan həvəskar futbola marağım var. Bütün kəndimiz, rayon bilir, universitetə qəbul olana qədər gün ərzində 5 saat kitab oxuyurdumsa, 6 saat futbol oynayırdım.
Hörmətli AFFA gəl tök bu daşı ətəyindən, Milli yığmanı ver mənə. Onsuz da uduzuruq. Hətta ərazisi və əhalisi mənim uşaq vaxtı futbol oynadığım Neftçala Rayonu boyda olmayan "Lixtenşteyn" yığmasına belə, uduzuruq.
Heç olmasa onda o 2 milyon manat əmək haqqı özümüzünkünə gedəcək.

Abırı olan məşqçi heyəti bu biabırçı oyundan sonra istefa verib gedər."

Paralel.az

0.015511035919189