Mövcud vaksin növbəsi yoluxmaya təkan verir
Əhalinin kütləvi vaksinasiyadan keçirilməsi prosesindən narazılıq səslənməkdədir. Bu proses bəlli bir müddətdir başlasa da, son günlər daha kütləvi şəkil alıb. Sentyabrın 1-dən qüvvəyə minəcək qadağalar da prosesin gedişatına təsir edib. Əhali qrupu, tələbə və digər kateqoriyadan olan şəxslər vaksin olunmaqda kütləvilik təşkil edib. Bizə müraciət edənlər şəhər poliklinikalarındakı sıxlıqdan, vaksin növbəsinə dayanaraq sayı az qala minə çatanların yaratdığı xaosdan söz açıblar. Onların fikrincə, koronavirusdan qorunmaq üçün vaksin olunmaq vacibdirsə, ona əks mənzərə növbəlilik prinsipinin qorunmaması, buna əməl olunmaması, maska, ara məsafə və s. tələblərə riayət edilməməsidir: “Müəyyən iş yerlərində, ali təhsil müəssisələrində COVİD-19 pasportu tələb olunur. Sabahdan müəyyən qadağaların tətbiq ediləcəyi deyilirsə, ona uyğun nəzarət də
olmalıdır. Poiklinikalarda tam nəzarətsizlikdir. İnsanlar növbə alsa da, buna baxan yoxdur, şəxsən mənim növbəm 11-30-da olsa da, yalnız axşam saatlarında vaksin vurdura bilmişəm. Virusdan qorunmaq üçün bu addımlar atılsa da, belə vəziyyətdə yoluxma risqi daha yüksəkdir”.
Nigar