Sergey Lavrov: “Bu iş bir günlük iş deyil”

Sergey Lavrov: “Bu iş bir günlük iş deyil”
 

Paralel.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin sülhməramlı kontingentinin gərginliyi azaltmaq və etimad yaratmaq üçün Qarabağda fəaliyyət göstərdiyini söyləyib: “Qarabağ məsələsinin həllində Rusiya, Ermənistan və Azərbaycan liderləri şəxsən iştirak edir. Bu iş bir günlük iş deyil”.

Ermənistanı müttəfiq adlandıran Lavrov keçən ilin noyabrında atəşkəsin qurulmasında Moskvanın həlledici rolunu da qeyd edib: “Rusiya, Ermənistan və Azərbaycan liderlərinin əldə etdiyi 9 noyabr və 11 yanvar razılaşmaları var. Bu iş bir gün üçün nəzərdə tutulmayıb. Rus sərhədçiləri də erməni müttəfiqlərinə azərbaycanlı qonşuları ilə problemləri həll etməkdə kömək edirlər”.

Nigar

0.031811952590942