Əsas odur ki, kimin adamısan...

Əsas odur ki, kimin adamısan...
 
120 mindən çox şəxsin pensiya və əlilliyini kəsən Sahil Babayevin özəl qaydaları var. Bu kəsimlərdə saxtakarlıq rol oynamır. Əsas odur ki, kimin adamısan.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyirsənsə yaxud yaxın qohumun həmin nazirlikdə işləyirsə sənin saxta pensiyan və əlilliyin kəsilə bilməz. Bir də maddi imkanın yaxşıdırsa, saxta pensiyanı pul qarşılığında kəsməyəcəklər.
Təqdim etdiyimiz faktlara nəzər salın ki, Sahil Babayevin saxta pensiya və əlilliyə qarşı mübarizəsi oyundur və yenidən rüşvət yığma taktikasıdır.
1-ci şəkildəki DSMF-nin 20 saylı regional ərazi filialının müdiri Elsun Xudverdiyevin qardaşı Xudaverdiyev Elçin Cahangir oğludur. Uzun illər hərbi polis işləyib. Vəzifəsi hesabına miylonçu məmurlardandır. Elçin Xudaverdiyev saxta hərbi əlillik alıb. II Qarabağ müharibəsinin iştirakçılarını əlillik təyinatında süründürən Sahil Babayev Elçin Xudaverdiyevə necə olur saxta əlillik verir?
2-ci şəkildəki DSMF-nin 19 saylı regional ərazi filialının baş mütəxəssisi Mahmud Məmmədovun həyat yoldaşı Məmmədova Aysel Elxanın qızının əlilliyini göstərən sənəddir. Aysel Məmmədovun səhhəti normal olsa da, belindən saxta diaqnoz qoyduraraq II qrup əlillik təyin etdirib.
Haqlı əlil olan şəxslərin əlilliyi ləğv edən, 1-ci qrupa 2-ci qrup verən, 2-ci qrupa 3-cü qrup verən, 3-cü qrupa əlillik verəməyən, döyüşçülərin əlillik haqqına girən Sahil Babayev ölkədə minlərlə Elçinlərə, Ayselllərə saxta əlillik verib və verməkdə davam edir.
0.022703886032104