Qazlı içkilərin insan orqanizminə təsiri

Qazlı içkilərin insan orqanizminə təsiri
 

Dünyada ən çox satılan içkilərdən biri qazlı içkilərdir. Müasir dövrdə sərinləşdirici effekt vermək üçün içkilərdə karbon dioksiddən istifadə edilir. Belə içkilərin tərkibinə su, şəkər (saxaroza, qlükoza fruktoza), şəkər əvəzləyiciləri, turşular (limon turşusu, alma turşusu fosfor turşusu), meyvə şirəsi, dadlandırıcılar, rəngləndiricilər uzun müddətli saxlamaq üçün lazımi maddələr daxildir. Bəs gündəlik istifadə etdiyimiz qazlı içkilər sağlamlığımıza necə təsir göstərir?

Qazlı-şəkərli içkilərin zərərləri: Elmi araşdırmalar sübut edir ki, qazlı içkilərin istehlakı qidalanma sağlamlıqla birbaşa əlaqəlidir. Bu tip içkilərin istifadəsi enerji qəbulu, həmçinin çəki artımı, obezliklə müşayiət edilir. Bəzi araşdırmalar isə həmin içkilərin qəbulu zamanı çəki artımını gündəlik qəbul edilən enerjinin miqdarı ilə əlaqələndirirlər. Digər maraqlı fakt bundan ibarətdir ki, insanlar qazlı-şəkərli içkiləri qəbul edərkən eyni kaloriyə malik qidalara nisbətən daha az enerji qəbul edirlər. Bunun səbəbi isə onunla izah olunur ki, insan orqanizmi enerjini yeməkdən içkidən müxtəlif yolla qəbul edir. Maraqlıdır ki, insanın qazlı-şəkərli içki ya meyvə şirəsindən aldığı enerji dəyəri bərabərdir.

Bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi Tədqiqat Risklərin Qiymətləndirilməsi Departamenti, Biomühəndislik Araşdırmaları Şöbəsinin əməkdaşı Abdul Etibaroğlunun hazırladığı məqalədə bəhs olunur.

Qazlı içki istehlakı artıq çəki ilə müşahidə olunduğu kimi, bu içkilərdən imtina çəki kontrolunun nizamlanmasına gətirib çıxarır. Bundan başqa, qazlı içki qəbulunun diabetlə əlaqəsi var. Gündəlik olaraq 1-2 qab (250 ml) şəkərli içki qəbul edənlərin 2-ci növ diabetdən əziyyət çəkmə ehtimalları 26 faiz daha çoxdur. Lakin həmin içkilərin gündəlik istehlakını su, çay ya qəhvə ilə əvəzləmək diabet riskini 2-10 faiz azaldır.

Qazlı içkilərin qan-damar sümüklə əlaqəli problemlərə səbəb olduğu da məlumdur. Davamlı olaraq qazlı-şəkərli içki qəbul edənlərin, bu tip içkiləri nadir hallarda qəbul edənlərə nisbətən ürək problemləri ilə üzləşmə ehtimalı 20 faiz daha çoxdur. Bundan başqa, eyni içkilərin tərkibində fosfat miqdarının çox olduğu fosfatın kalsiumdan daha çox qəbulunun sümüklər üçün ziyanlı olduğu məlumdur. Həmin içkilərdə adətən kalsium kimi qidalandırıcı maddələrə rast gəlinmir. Kalsiumun sümük inkişafı üçün son dərəcə əhəmiyyətli olduğunu nəzərə alsaq, bu tip içkilərin gənclər tərəfindən istehlakının təşviq edilməsi yolverilməzdir, çünki orqanizmdə fosfat kalsium balansının pozulması həmin istehlak qrupunda sümüklə əlaqəli problemlərə səbəb olur.

Bəzi sərinləşdirici içkilərin insanların ağız boşluğu sağlamlığına ümumi səhhətinə zərərli təsir göstərdiyi fikri irəli sürülmüşdür. Həmin içkilər çox vaxt yüksək şəkər turşuluq tərkibinə malik olur. Hər qram şəkərdə 4 kalori olduğunu nəzərə alsaq, bu içkilərin yalnız əlavə kalori verdiyini, qida dəyəri baxımından isə faydasız olduğunu görmək olar Qazlı-şəkərli içkilərdə orqanizmə lazım olan vitamin, mineral liflərə rast gəlinmir. Bəzi dietik sərinləşdirici qazlı içkilərə şəkər əvəzinə süni dadlandırıcılar (şəkər əvəzediciləri) qatılır. Bu maddələr piylənmə diş çürüməsi riskini azaltsa da, onların təhlükəsizliyi hələ mübahisə mövzusudur. Çünki həmin şəkər əvəzedicilərinin parçalanma məhsulu müxtəlif metabolik təsirlərə aparıb çıxarır. Bəzi tədqiqatlar süni şəkər alternativlərinin istehlakını piylənmə, limfoma, leykemiya, sidik kisəsi beyin xərçəngi, xroniki yorğunluq sindromu, Parkinson, Alzheimer autizm kimi xəstəliklərlə əlaqələndirir. Məsələn, şəkər əvəzedicilərindən aspartam saxarinin potensial kanserogenik təsirləri araşdırılıb. Araşdırma zamanı həmin kimyəvi birləşmələrin qəbulu həm erkək, həm dişi siçanlarda beyin şişi sidik kisəsi xərçəngi riskini artırmışdır. Hətta saxarinin istifadəsi bir müddət Kanada ABŞ-da qadağan edilmiş, daha sonralar isə bu kimi təsdiq edilmiş bir sıra şəkər əlavələrinin normal doza daxilində qəbulunun heç bir sağlamlıq riski daşımadığı öyrənilmişdir.

Qazlı içkilərin faydaları: Tərkibinə şəkər əlavə edilməyən karbonatlı içkilər orqanizm üçün faydalı ola bilər. Belə içkilər, dietik sodalar diabet çəki tənzimlənməsinə kömək edir, həmçinin fruktoza tərkibli içkilərdən fərqli olaraq dişlərin sağlamlığına hər hansı təhlükə törətmir.

Qazlı içkilərin faydasını üç qrupa bölmək olar. İlk növbədə, karbohidratlarla zəngin olduğu üçün enerji mənbəyidir; ikincisi. izotonik içkilər vasitəsilə bədən duzlarının daha tez həzm olunması (qeyd. İzotonik içkilər bədənin daxili konsentrasiyasına uyğun olan içkilərdir); üçüncüsü, zz kalorili növləri bu şəkildə qidalanmaq istəyənlər üçün daha rahatdır.

0.029787063598633