Nəm salfetlərin satışına qadağanın səbəbi...

 Nəm salfetlərin satışına qadağanın səbəbi...
 

Nəm salfet insan rahatlığını təmin edən bir şeydir. O insanın çox köməyinə çatır demək olar ki, daima əl altında olur. Demək olar ki, bütün qadınların əl çantasında nəm salfetə rast gəlmək olur. Nəm salfetlə əlləri, ayaqqabıları bir çox digər şeyləri təmizləmək olur. Amma hər şey elə sevindirici deyil. Belə ki, Britaniyada nəm salfetin satışına qadağa qoymaq qərarına gəliblər. Bunun səbəbi isə çox maraqlıdır. Yəqin ki, siz ümumi tualetdən istifadə edərkən şəxsi gigiyena qaydalarına əməl etmək məqsədilə unitazı yumaqdansa, onun kənarlarını nəm salfetlə silmisiniz.

Bu qaydanı çoxları tətbiq edir nəm salfeti tualetə ataraq kanalizasiya borularının tutlmasına səbəb olur. Bu salfet istifadə edilən yerlərdə 90% hallarda kanalizasiya borularının tutulmasına səbəb olur. Sən demə əsas problem nəm salfetin tərkibinin plastikdən olmasıdır o tualet kağızı kimi suda parçalanmır. Bu səbəbdən Böyük Britaniya hökuməti nəm salfet istehsalına qadağa qoymaq istəyir. Hökumətin bu barədə qərarı da açıqlanıb: ya nəm salfet plastiksiz hazırlanmalıdır, ya da onun istehsalına tamamilə son qoyulacaq. Nəm salfetlər həm polietilen paket kimi ekologiyaya çox ziyan vurur. Onların okeana ya vəhşi təbiətə düşməsi isə heyvanların dəniz canlılarının məhv olmasına səbəb olur.

0.016756057739258