Qadağa və tələblərin tam siyahısı
Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara etdiyi son dəyişikliyə əsasən bu gündən bəzi məhdudiyyətlərin tətbiqinə başlanılır.
Paralel.az bu gündən etibarən qüvvəyə minən qadağa və tələblərin tam siyahısını təqdim edir:
– dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur:
– mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;
– mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;
1. Kommunal sahə üzrə:
1.1. elektrik enerjisi, qaz, istilik ilə təchizat;
1.2. su təchizatı və meliorasiya, çirkli suların yığılması və
təmizlənməsi;
1.3. tullantıların yığılması, emalı və məhv edilməsi.
2. Nəqliyyat, logistika və kommunikasiya sahəsi üzrə:
2.1. dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə yük və
sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti;
2.2. liman xidmətləri;
2.3. logistika xidmətləri;
2.4. telekommunikasiya və rabitə xidmətləri;
2.5. poçt və kuryer fəaliyyəti.
3. Sosial sahə üzrə:
3.1. sosial xidmətlərin göstərilməsi;
3.2. fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxslər üçün
baxıcılıq xidməti.
4. Ticarət və ictimai iaşə sahəsi üzrə:
4.1. topdan və pərakəndə ticarət;
4.2. ictimai iaşə;
4.3. yeməklərin göndərilməsi və çatdırılma xidmətləri.
5. Turizm sahəsi üzrə:
5.1. mehmanxanalar və digər yerləşmə vasitələri xidmətləri
göstərən müəssisələr;
5.2. turagentliklərinin və turoperatorların fəaliyyəti.
6. Maliyyə xidmətləri üzrə:
6.1. maliyyə və sığorta fəaliyyəti (bank, bank olmayan kredit
təşkilatları, lombardlar, sığorta təşkilatları, ödəniş xidmətləri).
7. Digər sahələr üzrə:
7.1. poliqrafiya fəaliyyəti, çap və surətçıxarma xidmətləri;
7.2. bütün növ maşın və avadanlıqların quraşdırılması və təmiri;
7.3. kompüterlərin və rabitə avadanlıqlarının, şəxsi istifadə
əşyalarının, məişət mallarının təmiri;
7.4. avtomobillərə və motosikletlərə texniki xidmət göstərilməsi,
onların təmiri və yuyulması;
7.5. kirayə və lizinq fəaliyyəti;
7.6. daşınmaz əmlakın alınması və satılması xidmətləri;
7.7. memarlıq, mühəndislik, layihələndirmə və texniki məsləhətlər
verilməsi sahəsində fəaliyyət;
7.8. reklam fəaliyyəti və bazarın öyrənilməsi;
7.9. işə düzəltmə agentliklərinin fəaliyyəti;
7.10. tədris və repetitor xidmətləri;
7.11. tərcümə üzrə xidmətlər;
7.12. dizayn fəaliyyəti;
7.13. fotoqrafiya sahəsində fəaliyyət;
7.14. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı
göstərilən xidmətlər (mühasibat uçotu və audit, hüquq,
kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə məsləhət
(konsaltinq) xidmətləri və sahibkarlıq subyektlərinə təqdim
edilən bu kimi digər iş və xidmətlər);
7.15. istehsal və yaşayış binalarının, mənzillərin təmizlənməsi və
yığışdırılması;
7.16. dezinfeksiya xidmətləri;
7.17. toxuculuq və xəz məmulatlarının yuyulması və kimyəvi
təmizlənməsi;
7.18. dərzi xidmətləri;
7.19. bərbərxana və gözəllik salonları;
7.20. baytarlıq fəaliyyəti;
7.21. heyvan sığınacaqları;
Eni zamanda ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunur;
Bununla yanaşı yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:
-ictimai iaşə müəssisələrində;
-mehmanxanalarda;
-iri ticarət mərkəzlərində.