Xaçmaz və Qubada çörək bahalaşıb

 

Xaçmaz və Qubada çörək bahalaşıb 
 

Paralel.az xəbər verir ki, bu gün Xaçmaz və Quba rayonlarında mağazalarda çörəyin satış qiyməti 0.50 qəpik olub. Satıcıların sözlərinə görə, çörəyin topdanalış qiyməti bu gün istehsalçı tərəfindən mağazalara 0.45 qəpiyə verilib. Pərakəndə satış qiyməti isə 0.50 qəpik müəyyənləşdirilib. 

Qiymət artımının əsas səbəbi kimi çörəyin çəkisinin artması göstərilib.

Qeyd edək ki, Azərbaycanda çörəyin qiyməti bazar tərəfindən tənzimlənir.

Şahnaz

 

0.014703035354614