Osman Gündüz yazır... 

Osman Gündüz yazır... 
 

O, İctimai Televiziyaya iradını belə ifadə edib: "Baxıram ki, hazırda İTV -nin Diqqət Mərkəzi verilişində açıq-aşkar qanun pozuntusu baş verir.
Cəmiyyəti narahat edən rəqəmsal transformasiya, rəqəmsal hökumət, e-xidmətlərlə, Covid-lə bağlı rəqəmsal həllər ətrafında müzakirə təşkil olunub.

Yalnız dövlət sektorunu təmsil edən iki nümayəndə, ASAN-ın eGov Mərkəzindən və DİN-dən nümayəndələr verilişə dəvət olunub.
Digər maraqlı tərəflər iştirak etmir.

İctimai yayımın qanunla müəyyən olunan plüralizm prinsipi pozulub.

Məhz bunun nəticəsiydi ki, mənim izləyə bildiyim hissədə müzakirə də birtərəfli formada aparılırdı, qeyd olunan istiqamətdə cəmiyyəti narahat edən məsələlərin heç birisi müzakirə predmeti olmadı, bəzi hallarda da açıq-aşkar reallığı əks etdirməyən məlumatlar açıqlandı.

Ümumiyyətlə, dəfələrlə qeyd olunmasına baxmayaraq İTV-nin həftə içi yayılan bu proqramında ictimai maraqlar qorunmur, ictimai yayım prinsipləri bir qayda olaraq pozulur.
Yaxşı olardı ki, yeni mövsümdə bu proqramın həftə içi yayımının formatı dəyişdirilsin , yaxud da ona ayrılan vaxt "Sabaha saxlamayaq" və ya yeni formatlı "3D"-yə verilsin."

0.016055107116699