"Veysəloğlu" MMC məsələyə aydınlıq gətirdi
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən enerji içkiləri bazarında fəaliyyət göstərən sahibkarlıq subyektləri barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işlərə dair yekun qərarlar qəbul edilib.
“PIT BULL” alkoqolsuz içkisinin qablaşdırılmasında adı hallanan "Veysəloğlu" MMC-nin Korporativ Kommunikasiyar şöbəsinin müdiri Səfər Aslanov məsələ ilə bağlı "Paralel.az"-a açıqlama verib.
Səfər Aslanov bildirib ki, "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən işə mahiyyəti üzrə baxılaraq 05.08.2021-ci ildə yekun qərar verilmişdir. Həmin Qərarla “Haqsız rəqabət haqqında” Azərbaycan Rspublikası Qanunun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması üzrə qaldırılmış 07.07.2021-ci il tarixli FA-22 nömrəli işin “Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə hissəsinin icraatına xitam verilmişdir.
Xatırladaq ki, bir neçə alkoqolsuz içkinin tərkibi ilə əlaqədar laborator müayinələrin nəticələri Dövlət Xidməti tərəfindən bütövlükdə enerji içkiləri bazarında haqsız rəqabət hallarına dair geniş araşdırmalara səbəb olub.
Şahnaz Salehqızı Paralel.az