Bayramlıyla Aslanlının oxşarlığı

Bayramlıyla Aslanlının oxşarlığı
 

Bir neçə gündür ki, bəzi sayt və sosial şəbəkə seqmentlərində TƏBİB-in təptəzə rəhbəri Ramin Bayramlının Batamdar qəsəbəsində villa tikintisini əks etdirən yazılar, video-görüntülər nümayiş etdirilir. İddiaya görə, millət pandemiyadan əziyyət çəkib gəlirdə geri düşdüyü bir vaxtda ilyarım əvvəl çiyninə şahlıq quşu qonmuş Ramin əkə sözügedən ünvanda sotu 70000 manata 4 sot torpaq sahəsi alıb və indi orda özünə 4-5 mərtəbəli balaca qəsr inşaa elətdirir. Bayramlının qısa zaman kəsiyində belə sürətlə varlanması yadıma elə onun kimi gənc, bank işində böyük gələcək vəd edən Rüfət Aslanlını saldı. Böyük ümidlərlə Maliyyə Bazarlarına Nəzarət Palatasının sədr təyin olunmuş bu fürsətçil uşaq özünə aylıq nə az, nə çox 62 min manat maaş təyin etmişdi. Sonra o da məlum oldu ki, aylıq maaşı ölkə prezidentinin əmək haqqından təxminən 4 dəfə artıq olan Aslanlı hətta Fransada adına şərab buraxdırır- hər halda şüşənin etketində “Made in Aslanlı” adını görmək olardı. Bu baxımdan R. Aslanlı ilə həmyaşıd olan Ramin Bayramlını villa tikdirməsi xəbəri şəxsən məni təəccübləndirmir. Çünki bunlar xaricdə təhsil alsalar da bir fərd kimi burda formalaşıblar , bu səbəbdən də fikirləri Azərbaycan hesabına varlanmaq olan intilgentlərdir.
Əgər Bayramlı qaqaş yuxarıların hesabın vaxtında çatdırıbsa heç kim çağırıb deməyəcək ki, bala sən nə tez “ tüklənmisən.”

Paralel.az Səma

0.032011032104492