"Araz" marketdən şikayət var
"Vitrində bir qiymət göstərilir, kassada isə başqa qiymət çıxır"
Paralel.az xəbər verir ki, "Araz" supermarketlər şəbəkəsindən müştərilər narazıdır. Redaksiyamıza video-çarx göndərən Abbas İbrahimov deyir ki, vitrində 1.09 manata qoyulan günəbaxan tumu kassada 1,30 manata satılır. Vətəndaş qeyd edir ki, belə hallara "Araz" supermarketlər şəbəkəsində çox tez-tez rast gəlinir: "Vitrində bir qiymət göstərilir, kassada isə başqa qiymət çıxır. Özü də kassada çıxan qiymət həmişə vitrindəkində baha olur. Bu təsadüfdürsə, bir dəfə də kassada vitrindəkində ucuz qiymət çıxar. Yəni demək istəyirəm ki, bu təsadûf deyil, qəsdən belə edirlər - vitrinə cəlbedici qiymət qoyurlar, kassada isə həqiqi qiymət oturur, düşünürlər ki, alıcı fikir verməyəcək. Mənim kimilər isə hərdən bu oyunu ifşa edir".
"Araz" supermarketlər şəbəkəsindən alıcınin şikayətinə cavab olaraq bildirdilər ki, bəzən qiymət dəyişir, vitrində qiymət yarlığını dəyişdirməyi əməkdaşlarımız unudur, nəticədə belə anlaşılmazlıq ortaya çıxır.
Akif Nəsirli