Həbs edilən deputatın son durumu necədir?

Həbs edilən deputatın son durumu necədir?
 

Paralel.az xəbər verir ki, həbsdə olan deputat Eldəniz Səlimovun vəziyyəti yaxşıdır.

Bu barədə onun vəkili İlqar Əliyev məlumat verib. Vəkil ötən həftə Eldəniz Səlimovla görüşdüyünü bildirib:

“Saxlanma şəraitindən razıdır. Səhhəti də normaldır. Hər şey qaydasındadır”.

Xatırladaq ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb. Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Milli Məclisin avqustun 3-də keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib. Həmin gün Binəqədi Rayon Məhkəməsi onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib. Eldəniz Səlimov Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır.

Züleyxa

0.04238486289978