Siracəddin Hacı yazır...
UCA ALLAH BUYURUR Kİ, SİZİ, O SIRADAN HƏR ŞEYİ FƏRQLİ-FƏRQLİ YARATDIM...
NİYƏ?
- fərq ayırıcı ölçüdür;
- yarır, ayırır, seçir;
- sınır qoyur;
- nemətdir – nemət insanı sevindirən şeydir;
- fərqlilik ayədir;
- fərqliliyi yox etmək zülmdür;
- zənginlikdir;
- həyatı öyrədir;
- tanıdır – eyni olsa idik, anamızı tanımazdıq;
- Allahın qüdrətinə işarə edir;
- inkişafa yol açır – Azərbaycanın böyük insanlar yetişdirməsinin səbəbi fərqli mədəniyyətlərlə əlaqə quraq bacarığıdır, Azərbaycanda saz da, tar da, heca da, əruz da, qəzəl də, qoşma da, milli musiqi də, rep də, caz da... var;
- ağılı çalışdırır;
- gözü hərəkətləndirir;
- düşüncə zənginliyinə yol açır;
- elmi inkişafa təkan verir;
- müzakirələrə səbəb olur;
- fikri, anlayışı dərinləşdirir;
- düşünməyi sövq edir;
- nəslin sağlamlığını təmin edir – qarışıq evliliklər nəsli təmizləyir;
- birgə yaşayışı öyrədir;
- uyum/ahəng yaradır;
- fərqli ehtiyacları təmin edir;
- təkrarı önləyir – eyni şeyi etmək, eyni işi görmək, eyni yerdə qalmaq, eyni paltarı geyinmək, eyni yeməyi yemək insanı yorur, bezdirir, stressə yol açır;
- sevindirir;
- gözəlləşdirir;
- diqqəti cəlb edir;
- maraq oyadır;
- cəlb edir;
- başqalarından seçir;
- yarış havası yaradır, yarış inkişafa səbəb olur;
- deyir ki, tək olmaq ancaq Allahın haqqıdır, yaradılmışlar çox və fərqlidirlər;
- hamı mənim kimi olmalıdır demək zalımlıqdır;
- didişmələrin səbəbi fərqlilik deyil, fərqliliyi qəbul etməməkdir;
- fərqliliyi fərq etməyənlər hüzura qovuşmazlar;
- insanın;
- üzlərin;
- xarakterlərin;
- dağların;
- çiçəklərin;
- böcəklərin;
- ətirlərin;
- rənglərin;
- suların;
- dadların;
- ağacların;
- ölkələrin;
- meyvələrin;
- şeirlərin;
- vəznlərin;
- sənətlərin;
- işlərin;
- sözlərin;
- gülüşlərin;
- səslərin;
- dillərin;
- yeməklərin;
- notların;
- istedadların;
- FƏRQLİ olması insana ÜMİD verir, onu sevindirir, stressdən qoruyur, həyat enerjisini artırır, deyir ki, UCA ALLAH kainatı bir orkestr kimi dizayn edib: çalğıçılar, çalğı alətləri, səslər fərqli olsalar da, hamısı eyni notu çalır, hamısı deyir ki, ALLAHDAN BAŞQA İLAH YOXDUR – LA İLAHƏ İLLALLAH!
Paralel.az