“Asma körpü”dən necə keçmək olar -

“Asma körpü”dən necə keçmək olar -
 
Tarixən yol çəkmək, körpü salmaq xeyirxah və savab əməllər sayılıb. Heç kim, bu işləri görərkən ordan maddi qazanc götürmək barədə düşünməyib. “Məni rəhmətlə xatırlasınlar, bəsimdir”, amacıyla görüb bu işləri.
 
 
“Asma körpü”dən necə keçmək olar?
Tarixən yol çəkmək, körpü salmaq xeyirxah və savab əməllər sayılıb. Heç kim, bu işləri görərkən ordan maddi qazanc götürmək barədə düşünməyib. “Məni rəhmətlə xatırlasınlar, bəsimdir”, amacıyla görüb bu işləri. Amma indi artıq zəmanə də dəyişib, insani münasibətlər də. Çoxluğun düşüncəsinə yalnız pul hakim kəsilib. Serial qətllər, oğurluq, narkotik ticarət, hətta dövlətin idarəçiliyi etibar edilmişlərin fəaliyyəti belə buna xidmət edir. 
Heç pandemiya olmadığı vaxtlarda da Azərbaycanda böyük potensiala malik turizm sektoru gözlənilən qədər səmərəli olmamışdı. Səbəbi təkcə bizdə bu sahənin yeni yaranması deyil, həm də daha tez varlanmağa  can atmaqdır. Bugün əlimə bir müştəri düşdüsə aylıq qazancımı ondan çıxarmalıyam kimi primitiv yanaşma istirahət məkanlarını ağzı günə qoyub. Keyfiyyətsiz xidmət müqabilində tələb olunan yüksək məbləğ insanları xaricə üz tutmağa sövq edən əsas səbəbdir. Qubanın Qəçrəşində “Asma körpü” adlı bir istirahət mərkəzi var. Meşəlik, çay və gölləri işbazlara kimin, necə satdığını qoyuram bir kənara, sözügedən obyektdə 25 qram qoyun, 25 q toyuq əti, dananın  “ağ əti” boyda pomidor, orta ölçülü badımcan və kartofun 4/1 taxılmış və adına kabab deyilən bir şişinin qiyməti 10-12 manatdır. Əgər özünlə yemək gətirmisənsə oturmaq üçün stolun 2 saatlıq istifadəsi 3 manat. Ən maraqlısı istirahət mərkəzinin trendinə çevrilmiş “Asma körpü”dür. Hər dəfə bu körpünü keçmək üçün 1 manat ödəniş etməlisən və qəribədir ki, böyük paraların dövr elədiyi bu obyektdə heç kimə ödəniş qəbzi verilmir. 
İnsanların sərbəst istifadələri üçün dövlətin mülkiyyətində olan bu meşə zolağını özününküləşdirmək qanunidirmi sualına cavabı aidiyyəti qurumlardan gözləyək.
      Səma
0.021407127380371