Vaksin növbəsindən narazılıq
 

 

Vaksin növbəsindən narazılıq  
 

Paralel.az xəbər verir ki, koronavirusla bağlı paytaxt əhalisinin vaksinasiyadan keçməsi prosesi davam edir. Lakin bu sırada bir çox problem yaşanmaqdadır. Bizə müraciət edən vətəndaşlar onlayn qeydiyyatdan keçsələr də, vaksin vurdura bilmədiklərini deyiblər. Onların sözlərinə görə, Nizami rayonu, 26 saylı poliklinikada şənbə günü əməlli-başlı izdiham yaranıb. 800 nəfərdən çox şəxs vaksin olunmaq istəyib: “Biz onlayn növbə götürüb poliklinikaya getdik. Amma orda növbəyə baxan yox idi. Mühafizəçilər dedilər ki, bayırda öz aranızdan bir nəfər təyin edin, növbə yaratsın. Həmin adam da adamları növbəyə salmaq istəyirdi. Amma “ara qarışıb, məzhəb itmişdi”. Əksəriyyət maskada olsa da, ara məsafə deyilən anlayışa baxan yox idi. Nəhayət, 729-cu adamın növbəsi çatanda sistem “çökdü”. Bizə dedilər ki, ilk doza üçün gələnlər çıxıb getsin, vaksin yalnız növbəti dozanı vurdurmaq üçün gələnlərə tətbiq ediləcək. Narazılıq yarandı, çünki 1-ci gün yenidən növbə götürərək, yüzlərlə insanı əhatə edən bu ajiotajı yaşamalı olacağıq”.

Nigar

0.033849000930786