Adil Məmmədov niyə "şəhid bulağı"nın tikintisinə icazə vermir?
Əvvəlcə Qobustanın icra başçısı Adil Məmmədovun ömür yoluna nəzər salaq. İxtisasca baytar olan icra başçısı sovetlər dönəmində uzun müddət kolxozda baytar işləyib.
Paralel.az xəbər verir ki, o, 1994-cü il tarixdən 2002-ci il tarixədək Oğuz rayonu İcra hakimiyyətinin başçısı, 2002-ci il tarixdən 2004-cü il tarixədək Qəbələ rayonu İcra hakimiyyətinin başçısı, 2004-cü il tarixdən 2011-ci il tarixədək Biləsuvar rayon İcra hakimiyyətinin başçısı, 2011-ci il tarixdən isə Qobustan rayonu İcra hakimiyyətinin başçısı işləyir.
28 ildir müxtəlif rayonlarda icra başçısı işləyən Adil Məmmədov şəhid bulağından gələn su pulunun hesabını çəkir. Bir az da dəqiq desək, şəhid bulağında qoyulacaq sayğacın hesabını...
Maraqlıdır, baytar-icra başçısı niyə anlamır vətən uğrunda şəhid olanlar olmasaydı, bu icra başçıların taleyi necə olacaqdı?
Görəsən, xalqın hesabına milyonlar qazanan icra başçısı 4-5 manat su pulundan utanıb qızarmır ?
Şəhidin ailəsi deyir ki, "qardaşım şəhidi Hacıyev Sərxan Eldar oğlunun xatirəsini doğum günündə əbədiləşdirmək üçün doğulduğu Qobustan rayonunda bulaq kompleksi tikmək istəyirik. Lakin icra başçısı Adil Məmmədov deyir ki, siz bu bulağı inşa etsəniz digər şəhid ailələri də bunu bizdən tələb edəcək.
Maraqlıdır, bir şəhid bulağının tikintisi üçün məyər çoxmu yer lazımdır...
İcra hakimiyyətində bildiriblər ki, şəhid bulağındakı istifadə olunan suyun pulunu kim verəcək? Bütün xərcləri özümüz, ailəmiz çəkəcəyik, suyun pulunu da özümüz ödəyəcəyik desək də, yenə yox cavabı verirlər.
Şəhidin anası rayonun deputatının qəbulunda da olub. Deyiblər ki, bələdiyyədən sənəd almalısınız və digər məsələlər...
Deputat da soruşub sayğacın pulunu kimin verəcəyini?
Ana cavab verib ki, hər şeyi özüm edəcəm. Bütün bunlara rəğmən, deputat yenə də konkret cavab verməyib."

Şəhid qardaşının sözlərinə görə, ana oğlunun oxuduğu məktəbin onun adına verilməsini də istəyir. Deputat deyib ki, bu məsələ mənlik deyil. Məktəb məsələsi ilə bağlı icra başçısı cavab verib ki, mənlik deyil, Təhsil Nazirliyinə yazın.
Bəli, qeyd edək ki, İkinci Qarabağ müharibəsində şəhid olan Sərxan Hacıyev Silahlı Qüvvələrdə “MAXE” kimi xidmət göstərib. Ötən il oktyabrın 23-də Füzuli uğrunda gedən döyüşlərdə aldığı qəlpə yarasından neytral ərazidə qaldığından, nəşini götürmək mümkün olub. “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medallarla təltif olunub.
Bəs görəsən şəhidin adını əbədiləşdirməyə razı olmayan icra başçısı özü milyonları haradan və necə qazanır?
2020-cu ildə Qobustan rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 5 milyon 220 min 821 manat olan 17 tender keçirilib.
Biləsuvar şəhərindəki Milli Qəhrəman Mübariz İbrahimovun adına olan küçənin abadlaşdırılmasına 3 milyon manat vəsait xərclənib.
Bəli, qəribə olsa da, bir küçənin abadlaşdırılmasına 3 milyon manat...
Sonrası sonraya qalsın...
P.S. Adını çəkdiyimiz şəxslərin mövqeyini də dərc etməyə hazırıq.

Züleyxa Ələkbərqızı Paralel.az