Yasamal RİH-in başçısı 98 saylı bağçada rüşvətxorluğa niyə göz yumur?! -şikayət
Hər kəs bilir ki, ölkədə aprel-may ayından etibarən bağçalara uşaq qəbuluna başlanıb. Bu kompaniya pandemiya səbəbindən zəifləsə də, bağça müdirləri həmişə olduğu kimi, yenə də uşaq qəbulunu tapşırıq və rüşvətlə aparırlar.
Bakının Yeni Yasamal yaşayış sahəsində fəaliyyət göstərən 98 saylı bağçanın müdiri Elnurə Əliyeva da, digər bağça müdirləri kimi, icra hakimiyyətinin sərəncamına verdiyi yerlərdən başqa digər yerlərə uşaq qəbulunu rüşvətlə aparır.
Biz bunu havadan yazmırıq. Əlimizdə xeyli faktlar var və bu faktları ictimaiyyətə ardıcıl olaraq təqdim edəcəyik. Bu barədə valideynlərdən redaksiyamıza mütəmadi şikayətlər daxil olur.
Şikayətləri araşdırmaq üçün 98 saylı bağçanın müdiri Elnurə Əliyevanın (+994124343372 ) nə iş telefonuna, nə də (0555601003) mobilinə zəng edib əlaqə saxlamaq mümkün deyil.
Çünki, əhalinin narazılığına səbəb olan rüşvətxor vəzifəli şəxslərə xas olan hallar məlumdur, onlar, adətən telefona cavab vermir və onlara ünvanlanan suallara cavab verməmək üçün telefonu götürməkdən yayınmağa üstünlük verirlər.
Maraqlıdır, görəsən, Yasamal RİH tabeliyində fəaliyyət göstərən bağçalarda, o cümlədən 98 saylı bağçada müdirin açdığı rüşvət "dükanından" icra başçısı Elşad Həsənovun niyə xəbəri yoxdur?!
İnsanların verdiyi məlumata görə, vəziyyət tam əksinədir. Onların dediklərinə görə, bağçalarda rüşvətin geniş yayılmasına şərait yaradan, məhz icra hakimiyyətləridir.
Şikayətçilər bildirir ki, Yasamal RİH-də icra başçıları ardıcıl əvəz olunur İbrahim Mehdiyevi Əziz Əzizov, onu da Elşad Həsənov əvəz etsələr də, rayonda hökm sürən rüşvətxorluq mühiti nəinki ləğv olmur, əksinə bir qədər də güclənib. Bağçalarda da həmçinin, rüşvət tüğyan edir və icra hakimiyyəti isə mübarizə aparmaq əvəzinə, rüşvətdən qidalanır...
Qeyd edək ki, adətən Azərbaycanda bağça müdirləri yüksək vəzifəli məmurlarının yaxın qohumları olur. Görünür, Elnurə Əliyeva da rüşvəti "iribuynuzlu"lardan birinin kölgəsində yığır...
Maraqlıdır, xalq bağçalarda baş alıb gedən rüşvətxorluqdan haray çəkir, dad-aman deyir, amma Bakı şəhər İcra Hakimiyyəti bu harayı eşitmir! Çünki bağça müdirlərinin yığdığı rüşvətin için Eldar Əzizovun da payı var...
Əziz oxucular, elə hesab etməyin ki, Yasamal rayonunda prokurorluq, DTX, Polis və digər hüquq-mühafizə orqanları yoxdur. Bu orqanlar rayonda var, ancaq onlar da yuxarı orqanların ağzına baxır...
RÖYAL