Xocavənd xəstəxanasının təcili tibbi yardım şöbəsinin işçiləri döyülüb - həkim, tibb bacısı və sürücü xəsarət alıb...

Xocavənd xəstəxanasının təcili tibbi yardım şöbəsinin işçiləri döyülüb - həkim, tibb bacısı və sürücü xəsarət alıb...
 

Əməkdaşımızın Xocvənddən verdiyi xəbərə görə, bu gün axşam saat 20 radələrində Xocavənd rayon xəstəxanasının Təcili Tibbi yardım şöbəsinə 2 nəfər basqın edərək həkim Məğrur İmanovu, tibb bacısını və şöbənin sürücüsü Nahid Səfərovu döyüblər.


Basqın nəticəsində hər üç nəfərə müxtəlif dərəcəli ağır bədən xəsarətləri yetirilib.
Xəbərdə bildirilir ki, Təcili Tibbi yardım şöbəsinə hücum edən şəxslərdən biri Xocavənd rayon xəstəxanasına yeni direktor təyin olunmuş Kifayət Hacıyevanın qardaşı oğlu Hikmət Hümbət oğlu Hacıyevdir.

Hazırda Xocavənd Rayon Polis şöbəsinin əməkdaşları hücuma məruz qalmış şəxslərin şikayətləri əsasında Hikmət Hacıyev və onunla Təcili Tibbi yardım şöbəsinə hücum çəkib işçilərə müxtəlif dərəcəli bədən xəsarəti yetirən şəxslərin axtarışına başlayıb..

Xəstəxananın Təcili Tibbi yardım şöbəsinin işçilərinə hücum edən 2 nəfərin hansı məqsədlə tibb işçilərinə xəsarət yetirmələrinin səbəbləri hələ tam müəyyən olunmayıb.

Mənbənin verdiyi xəbərə görə, xəstəxana mühafizəçilərinin hücum edənlərə qarşı heç bir mühafizə tədbiri görməmələri və basqınçıların hadisə törətdikdən sonra xəstəxananın həyətində olan maşınlarına sərbəst minib aradan çıxmalarına şərait yaratmaları hadisədə bəzi şübhəli məqamların olduğunu göstərir.

Xocavənd RPŞ-nə hadisədən sonra dərhal məlumat verilsə də, polisin hadisə yerinə gec gəlməsi də müəyyən suallar doğurur.

Sual doğuran məqamlar barədə əlavə məlumat verəcəyik.


Bizi izləyin

Röyal

0.022915840148926