Sahil Babayevin çirkin, qanuna zidd əməlləri xalqımızın əleyhinə yönəldilib - I Vitse-Prezidentə müraciət

Sahil Babayevin çirkin, qanuna zidd əməlləri xalqımızın əleyhinə yönəldilib - I Vitse-Prezidentə müraciət
 

Əmək və Əhalinin Sosial Müdaifəsi naziri Sahil Babayev tərəfindən hüquqları pozulan 2-ci qrup əlil ağbirçək pensiyaçı Cəfərova Mahirə Hacı qızı Azərbaycan Respublikasının lider qadını Mehriban xanım Əliyevaya və nazir Sahil Babayevə müraciət ünvanlayıb.

Hörmətli Mehriban xanım,

Mən bu müraciəti çox böyük ümidlə Sizə həm respublikanın lider qadını kimi, həm də həkim həmkarım imi göndərirəm. 1992-ci ildə çox ağır xəstəlik (onkoloji) keçirmişəm və ağır əməliyyat olunmuşam, ölümdən qayıtmışam.

Ulu Yaradanımızın iki körpə övladıma yazığı gəlib mənə şəfa verib həmin ildən bu günlərimizə qədər mən Allah Təalanın bəxş etdiyi ikinci ömür payımı yaşayıram. 1992-ci ildə mənə ağır xəstəliyimə görə 2-ci qrup müddətsiz əlillik verilib.

Lakin bu ilin fevral ayından mənə bəlli olmayan səbəblərdən nazir Sahil Babayevin şəxsi göstərişi ilə pensiyam dayandırılıb. Əsl həqiqətdə isə mən Sahil Babayevin özbaşına yaratdığı qondarma komissiyaya dəvət olunmalıydım və mənə pensiyamın dayandırılmasının səbəbləri izah olunmalı idi. Xalqımıza məlumdur ki, bu gün Sahil Babayevin çirkin, qanuna zidd əməlləri xalqımızın əleyhinə yönəldilmişdir. Son bir il ərzində o, 120 min pensiyaçının ya pensiyasını dayandırıb, ya da 50 faiz
azaldıb.

Beləliklə də o 120 min ailənin ocağını, çırağını söndürüb struktur dəyişikliyi və kadr islahatı adı ilə neçə illərdir adıçəkilən nazirlikdə ömrünü çürüdən, zəngin təcrübə əxz edən 7500 nəfər işçini ixtisar edərək küçələrdə qoyub.

Nazir Sahil Babayev çox incə formada ölkədə sosial gərginlik, xalqımızla prezidentimiz arasında dərin uçurum yaradır. Nümunə üçün deyək ki, nazir keçirdiyi kollegiya iclaslarının birində deyib ki, mən
cənab prezidentin tapşırığını icra edirəm, ölkə başçısı mənə xüsusi tapşırıq verib ki, dövlət büdcəsi kəsirdədir.

Ölkədə 600.000 min pensiyaçı var, ən azından 200 min pensiyaçının pensiyası ya tamam dayandırılmalıdır, ya da 50 faiz azaldılmalıdır. 

Görürsünüzmü, Mehriban xanım, damarlarında erməni qanı axan nazir qanunazidd əməlləri ilə ikibaşlı oyun oynayır. Həm xalqımızdan erməni qohumlarının intiqamını alır, həm də ölkə başçısına qara yaxır.

Amma yanılır, bu gün presidentimiz İlham Əliyevi əvəz edən lider yoxdur və gələcək onilliklərdə də olmayacaq. Dəfələrlə efir məkanlarında özünü xalqın xidmətçisi elan edən İlham Əliyev həyatı
boyu belə tapşırıq verməz.

Sahil Babayev dərindən düşünüb anlamalıdır ki, bir vaxtlar dövlət büdcəsini talayıb “mənəm mənəm” deyən Səlim Müslimovun da gözləri ayaqlarının altını görmürdü. İndi Kürdəxanı həbsxanasında cəza çəkir.

Sahil Babayev, eyni aqibət sizi də gözləyir, özü də o gün o qədər də uzaqda deyil. Sahil Babayev, siz bu gün nazir işlədiyiniz halda bütün sosial şəbəkələrdə adınıza, ünvanınıza yüzlərlə təhqiramiz ifadələr ünvanlanır.

Mən deyərdim ki, elə ən böyük cəza el qınağıdır. Vəzifədən gedəndən və kreslonu təhvil verəndən sonra isə Azərbaycan xalqı, cəmiyyəti sizi ümumiyyətlə qəbul etməyəcək, hər yerdə təhqirlərə məruz
qalcaqsınız.

Hörmətli Mehriban xanım,

Dəyərli vaxtınızı alaraq verdiyim zəhmətə görə dəfələrlə üzrxahlıq edirüəm. İzn verin edəcəyiniz köməkliyə görə öz təşəkkür borcumu verim.

Qoy Ulu Yaradanımız öz mübarək əlləri ilə həyat yollarınıza çıraq tutsun, Sizə əbədi cansağlığı, dağlar ömrü bəxş etsin, Amin!

Əlaqə telefonu: 050 222 54 56

Hörmətlə: Cəfərova Mahirə Hacı qızı

0.055126190185547