Ermənilərin evində toydu, polyakların xəbəri yoxdu
Son günlər yayılan məlumatlarda bildirilir ki, guya Ermənistan Azərbaycanla sərhəddə, o cümlədən hazırda Qarabağda rus ordusunun nəzarətində olan ərazilərə Polşa silahlı qüvvələrinin hərbi kontingentini yerləşdirməklə bağlı sonuncuyla razılığa gəlib.
Ümumiyyətlə Paşinyan hökuməti xeyli vaxtdır ki, ən azı Ermənistan-Azərbaycan sərhəddinə beynəlxalq hərbi qüvvələr, ilk növbədə də Fransa hərbiçilərini yerləşdirmək barədə manevrlər edir. Daha sonra Ermənistanda Çin hərbi bazasını yerləşdirmək çağırışları səslənməyə başladı və budur gözlənilmədən indi də Polşa silahlı qüvvələri gündəmə gətirilib. Ermənistanın radikal müxalif görüşlü nümayəndəsi Jirar Səfilyan iddia edir ki, guya Qərb Rusiyaya təklif edib ki,Fransa hərbi kontingentinin bölgədə yerləşdirilməsinə razılıq versin. Əgər Rusiya bu təklifi rədd etsə yaxın günlərdə polyak hərbiçilərinin regiona gəlməsi kimi daha pis variantla qarşılaşa bilər. Səfilyan hesab edir ki, Rusiyanın Qərbin dəqiq və aydın tələbləri qarşında dayanmağa potensialı yoxdur. Ermənistandakı “toyu” şəhr edən Kopernek adına universitetin politologiya və beynəlxalq tədqiqatlar fakultəsinin professoru, siyasi analitik Roman Bekker erməni fantaziyasına təəccübünü gizlətməyib:” Mən Polşa mətbuatın və soial şəbəkəni diqqətlə izləyirəm.Heç bir yerdə bu məzmunlu nəinki xəbərə, hətta ehtimallara belə, rast gəlməmişəm. Polşa silahlı qüvvələrinin Cənubi Qafqaza göndərilməsi barədə xəbərin özü belə təəccüb doğurur. Birmənalı şəkildə sizə deyə bilərəm ki, bu məsələ Polşa dövlətinin gündəliyində yoxdur.”
Göründüyü kimi ermənilər gəlin kimi bəzənib gözləyir, polyak ərində xəbəri yoxdur ki, onun gəlişini gözləyirlər.
Nə həyasız millətidi bunlar!
Səma