Vergi bəyannamələri və onların əlavələrinin formalarında düzəlişlər edilib
Paralel.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, məlumat bazasının genişləndirilməsi ilə əlaqədar vergi bəyannamələri və onların əlavələrinin formalarında düzəlişlər edilib.
Bununla bağlı “Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi”, “Mədən vergisinin bəyannaməsi” və onların əlavələrinin formalarına, o cümlədən tərtib edilməsi qaydalarına dəyişiklik edilib.
Yeni bəyannamə formaları və onların tərtib edilmə qaydaları ilə Dövlət Vergi xidmətinin rəsmi saytında tanış olmaq mümkündür.
Bəyannamə (hesabat) formaları ilə praktiki işləyən vergi ödəyicilərinin də fikirlərinin və təkliflərinin öyrənilməsi məqsədilə Dövlət Vergi Xidmətinin rəsmi saytında “Bəyannamə formalarına dair təkliflərin verilməsi” adlı bölmə fəaliyyət göstərir.
Şahnaz Salehqızı