Paşinyan Türkiyədən pozetiv siqnal gözləyir

Paşinyan Türkiyədən pozetiv siqnal gözləyir
 

Ellada Məmmədli: "Paşinyan ümid edir ki, Türkiyə barışdırıcı rol oynaya bilər"

Paralel.az xəbər verir ki, Paşinyan Türkiyədə pozitiv siqnallar gözlədiyini bəyan edib: "Biz bu siqnalları müsbət hal kimi qiymətləndirəcəyik, regionda sülhün bərqərar olması üçün buna müsbət siqnalla cavab verəcəyik".

Azərbaycan cəmiyyəti üçün maraqlıdır ki, baş nazir "pozetiv siqnallar" dedikdə nəyi nəzərdə tutur. Aydındır ki, bölgədə sülhə qovuşmaq, təhlükəsizliyi təmin etmək və iqtisadi inteqrasiyaya nail olmaq üçün "Altılıq" ölkələrinin (Rusiya, İran, Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan) bir-biri ilə qarşılıqlı razılaşmaya nail olması vacibdir. Amma indiki halda Paşinyanın konkret gözləntisi nədən ibarət ola bilər?

Bu sualla ADR Hərəkatının sədr müavini, siyasi şərhçi Ellada Məmmədling müpaciət etdik. E. Məmmədli bildirdi ki, indiki halda Paşinyanın gözləntiləri iki istiqamətdə ola bilər: "Paşinyan siyasi divident qazanmaq üçün həmişə Türkiyə ilə Azərbaycan arasında manevr edib. Hazırda Azərbaycan sərt üzünü göstərərək Qafan-Basarkeçər (Gorus) yolunu bağlayıb. Bu yol Ermənistan üçün strateji əhəmiyyətə malikdir. Mən bilmirəm baş nazir bəyanatında nə qədər səmimidir, amma fikrimcə, Paşinyan ümid edir ki, Türkiyə barışdırıcı rol oynayıb, bu yolun açılmasında yardımçı ola bilər.

İkinci isə bir tərəfdən, Ermənistan Zəngəzur dəhlizinin açılması müqabilində hər hansı bir siyasi dividenti hədəfləyir. Onlar dəqiq bilir ki, bu dəhliz açılacaq, lakin onu uzatmaqla Azərbaycan tərəfdən nəyisə qopartmaq istəyir. Eyni zamanda, erməni lobbisinə müqavimət göstərməklərini sezdirmək istəyirlər. Bütün bunlara baxmayaraq, Zəngəzur dəhlizi mütləq açılacaq, çünki bu 10 noyabır bəyannaməsinin şərtlərindən biridir".

Akif Nəsirli

0.013293981552124