“Ağıllı” qulaqcıqlar dövrü başlayır

 

 

“Ağıllı” qulaqcıqlar dövrü başlayır  
 

Paralel.az xəbər verir ki, gənc nəsil praktik olaraq qulaqlıq və ağıllı telefonlardan ayrılmır. Bu mənada, qulaqlıqlara quraşdırılmış mikrokompüterli səs cihazının yaradılması müzakirə edilir. O, dinamik və mikrofondan ibarət olmaqla, qulaqlara gündəlik taxıla biləcək. Kanadalı mütəxəssisin fikrincə, bu cür səs cihazı əsas bilik mənbəyi kimi mətnləri tamamilə əvəz edə bilər. Səs cihazları bildirişlər, xatırlatmalar, interaktiv onlayn təhsil üçün də istifadə edilə bilər. Onun köməyilə xarici dil öyrənərkən dərhal yeni sözləri yazmaq və sonra səsləndirmək mümkündür. Bu qulaqlıqlar avtomatik tərcüməçi kimi fəaliyyət göstərəcək. Tələbələr ağıllı qulaqlıqlardan istifadə edərək müəllimləri və həmyaşıdları ilə hər yerdə internet bağlantısı qura bilərlər.

“Ağıllı” qulaqlıqlar gündəlik həyatda məişət texnikasına - paltaryuyan maşın, tozsoran və

kondisionerə səsli əmrlər verəcək. Səs cihazının imkanları bədənin sağlamlıq parametrlərini ölçməyə də imkan verir. Simsiz qulaqlıqlar dinləmə üçün reallıq eynəyinə çevrilə bilər. Bununla belə, qulaqiçi mikrobilgisayar uzunömürlü, etibarlı bir batareyada yüksək elektrik təchizatı tələb edir. Belə texnologiyalar yalnız beşinci nəsil (5G) mobil şəbəkələrinin yaradıldığı böyük şəhərlərdə mövcud olacaq. Qulaqcıqlardan daim istifadə edən insanlar isə başqalarının səs dərslərinə müdaxilə etməmək üçün yeni davranış qaydaları hazırlayacaq.

Nigar

0.018372058868408