İsveçrə hərbi təyyarəsi Estoniyanın hava məkanını pozdu
Estoniya Xarici İşlər Nazirliyi hadisə ilə əlaqədar İsveçrə səfirliyinə etiraz notası verdi
Paralel.az iNTERFAX.RU-ya istinadən xəbər verir ki, Estoniya Xarici İşlər Nazirliyi bu gün Baltikyanı respublikanın hava sahəsinin pozulması ilə əlaqədar olaraq İsveçrə səfirliyinə etiraz notası təqdim edib.
"Estoniya tərəfdən bu təəssüf doğuran bir hadisədir", - deyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Estoniya Müdafiə Qüvvələrinin baş qərargahından bildirilib ki, 25 avqust, günün ikinci yarısında, Vindloo adası ərazisində İsveçrə Hərbi Hava Qüvvələrinə məxsus "CL60" markalı hərbi təyyarətərə təfindən respublikanın hava məkanı pozulub.
Təyyarənin transponderi işlək vəziyyətdə olub və uçuş planlı olub. Təyyarə pilotu ilə ikitərəfli radio əlaqə saxlanılıb.
Baş Qərargahın açıqlamasında deyilir: "Bu Estoniya hava məkanının il ərzində beşinci dəfə pozulması halı idi. Əvvəlki bütün pozuntuları Rusiya Federasiyasının təyyarələri tərəfindən törədilib".
Akif Nəsirli