Koronavirusla xroniki yorğunluq arasındakı oxşarlıq

Koronavirusla xroniki yorğunluq arasındakı oxşarlıq
 

Paralel.az xəbər verir ki, post-kovid və xroniki yorğunluq sindromunun oxşar simptomları var. Amerikalı tədqiqatçılar hər iki vəziyyətin bioloji əsaslarını araşdıraraq ortaq cəhətləri tapıb. Bu, uzunmüddətli istirahət, yuxu pozğunluğu, düşünmə çətinliyi, otonom sinir sisteminin anormallığından sonra da keçməyən şiddətli, yorucu yorğunluq simptomlarıyla xarakterizə olunur. Postkovid sindromlu xəstələr COVID-19 xəstəliyindən sonra yorğunluq, nəfəs darlığı, yuxu, yaddaş və konsentrasiya problemlərinin davam etdiyini deyirlər. Tədqiqatçılar hər iki sindromun ortaq səbəbinin - infeksiyalar və digər xarici təsirlərlə əlaqəli stresə bədənin bioloji reaksiyası olduğunu irəli sürüb. Həm yorğunluq sindromunda, həm də uzunmüddətli COVİD-də hüceyrələrdə toplanan oksigen

molekulları mərkəzi rol oynayır. Oksidləşdirici stres adlanan bu proses hüceyrə səviyyəsində iltihaba səbəb olur. Alzheymer və Parkinson xəstəliklərində də oksidləşdirici stresin olduğu sübut olunub. Elm adamları gələcəkdə oksidləşdirici stres və iltihabla xarakterizə olunan xəstəliklərin araşdırılacağına ümid edirlər.

Nigar

0.021622180938721