Ermənistan itirə-itirə gedir

Ermənistan itirə-itirə gedir
 

Paralel.az xəbər verir ki, Ermənistanın Sünik bölgəsindəki Gorus-Qapan avtomobil yolunun daha bir hissəsi bağlanıb. Ermənistan ombudsmanı Arman Tatoyan bunun Gorusdan Vorotan kəndinə gedən magistral yol olduğunu deyib: “Bu, Ermənistanın mülki əhalisinin normal hərəkətini təmin edən, insanların birbaşa gündəlik həyatı ilə əlaqəli olan dövlətlərarası yoldur. Azərbaycan hərbçiləri insanların sərbəst hərəkət etmək hüququnu pozur”.

Erməni mətbuatı xəbər verir ki, dünəndən etibarən, yolun Şurnux-Karmrakar hissəsi bağlanıb və bu səbəbdən Ermənistanın cənub bölgələri ilə əlaqə çətinləşib: “Rusiya sərhədçilərinin iştirakı ilə blokdan çıxarılmaq üçün işlər aparılsa da, heç bir nəticə yoxdur”.

Erməni mətbuatında təəssüflə qeyd edilib ki, 44 günlük müharibədən sonra sərhəd vəziyyəti təkcə Qarabağda deyil, Ermənistanın bəzi bölgələrində də dəyişib: “Geqarkunik, Vayots Dzor, Syunikdə vəziyyət dəyişib. Syunikdəki bəzi yaşayış məntəqələri indi Azərbaycanla sərhədin 100-500 metrliyində ayrıdır. Bu ilin 5 yanvarında Şurnux kəndində 11 ev azərbaycanlılara verilib. Fevralın 5-də erməni əsgərləri 15 hektar ərazini onlara buraxaraq Nerkin Xndzoresk kəndindən geri çəkiliblər. Bundan başqa, Vorotan kəndində də təxminən 10 ev itirilib”.

Nigar

0.066604137420654