Ekoloqdan şok açıqlama

Ekoloqdan şok açıqlama
 

Telman Zeynalov: "Baş vermən yanğınların böyük əksəriyyəti metiroloji silahlarla, dövlətlərin iqtisadiyyatına zərbə vurmaq məqsədi ilə törədilir"

Paralel.az xəbər verir ki, Tovuzda ağaclığa düşən ildırım yanğına səbəb olub. Yanğın zamanı quru ot, kol-kos və 15 ədəd şam ağacı yanıb. Yanğın söndürülüb. Məlumdur ki, bu cür xəbərlərə ölkə və dünya mediasında çox tez-tez rast gəlinir. Məsələnin maraqlı tərəfi ondan biraətdir ki, ötən illərdə də yay fəslində havanın indiki kimi isti keçməsinə baxmayaraq, əvvəlki illərdə bu cür total yanğınlar baş vermirdi. Elə isə sual ortaya çıxır, bu il əvvəlki illərdən nə ilə fərqlənir ki, yanğınların sayı durmadan artır?

Sualı ekoloji problemlər üzrə ekspert Telman Zeynalova ünvanladıq. Ekoloq bildirdi ki, bu il dünyada baş verən meşə yanğınlarının əsas səbəbi dövlətlərin bir-birinə qarşı metrioloji silahdan istifadə etməsidir: "Metrioloji silahdan istifadə edən dövlətlər və təşkilatlar cəzalandırılmalıdır. Həmin metrioloji silahların təsiri ilə istilərin və küləklərin istiqamətini dəyişə bilirlər. Görürsünüz, Bakıda iki aydı külək yoxdur. Bu silahın təsiri ilə tsiklon və antitsiklonların qarşısını kəsirlər, nəticədə atmosfer sirkuliyasiyası pozulur. Heç vaxt külək əsməyən ərazilərdə külək əsir, küləyin xarakterik olduğu yerlərdə isə külək əsmir. Metrioloji silah vasitəsi ilə istənilən ərazidə, məsələn, meşəlik ərazidə havanın temperaturunu 50-60 dərəcəyə qədər qaldırmaq mümkündür. Həmin silaha malik olan dövlət öz rəqiblərini sıradan çıxarmaq üçün ondan istifadə edirlər. Mən buna tam əminəm.

İldırım çaxması ilə ağac yana bilməz - birincisi ildırım ağabın ortasına çatmamış gücünü itirir, ikincisi, ağacdakı nəmlik yanğının yaranmasın imkan vermir. Baş vermən yanğınların böyük əksəriyyəti metiroloji silahlarla, dövlətlərin iqtisadiyyatına zərbə vurmaq məqsədi ilə törədilir".

Akif Nəsirli

0.012121915817261