Yasəmən Qaraqoyunlu: "Gələcəyiniz müxalifət liderinin ideologiyasında, dünyagörüşündə, anlayışında saklıdır"

Yasəmən Qaraqoyunlu:
 
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı Yasəmən Qaraqoyunlu yazır: "Ölkənizdəki müxalifətin və iqtidarın söyləmlərinə diqqət edin. İqtidar dəngə qurmaq üçün çox şeyləri söylər və ya söyləməz. Yapar və ya yapmaz.
Müxalifətə diqqət edin. Hansı kürəsəl, regional gücün dilini danışdığına baxın. Hansı siyasi ideologiyanı, fəlsəfəni təmsil edir bilin. Nəzarət edin. Ölkəmizdə kim Batı İmperializminin sözçüsüdür, kim Amerika və ya Rus imperiyasının sözçüsüdür. Kim Amerikanın və ya Rusiyanın iradəsinə bağlıdır, bu dövlətlərin seçiminə boyun əymək məcburiyyətindədir. Hamsını bilin. Bilməkdə fayda var. Çünki bu gününüz iqtidara, gələcəyiniz müxalifətə bağlıdır.
Çünki Gələcəyiniz müxalifət liderinin, partiyasının ideologiyasında, dünyagörüşündə, sözlərində, anlayışında, təsəvvüründə saklıdır.
Bu kimi məsələlərə nəzarət etmək üçün Cəmiyyət, Xalq iqtidardan və müxalifətdən daha güclü olmalıdır..."
 
Paralel.az
 
0.015058040618896