ÜST dünyada pandemiyanın sabitləşdiyini elan edir

ÜST dünyada pandemiyanın sabitləşdiyini elan edir
 

Paralel.az iNTERFAX.RU-ya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) çərşənbə günü verdiyi məlumata əsasən son iki ayda dünyada artan koronavirus infeksiyasının yayılma sürəti həftədə təxminən 4.5 milyon yeni yoluxma sayı ilə sabitləşməyə başlayvb.

Beləliklə, 16-22 avqust tarixində dünyada təxminən 4,5 milyon yeni koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb. Bir həftə əvvəl 4.4 milyondan çox yoluxma qeydə alınmışdı. ÜST həftəlik yoluxma sayının təxminən iki ay sürətlə artdıqdan sonra sabitləşəcəyini ehtimal etdir.

Dünyada bu xəstəlikdən ölənlərin sayı əvvəlki həftənin göstəricilərini aşsa da, fərq o qədər də çox deyil. Belə ki, 9-15 avqust tarixlərində bir həftə ərzində 66 mindən çox ölüm halı qeydə alınmışdırsa, bu hərtə həmin göstərici 68 minə yüksəlib.

Pandemiya başlanandan bəri dünyada təxminən 214 milyon nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 4.4 milyondan çoxu infeksiya nəticəsindən dünyasını dəyişib.

Akif Nəsirli

0.024215936660767