Xəstəxana, yoxsa kolxoz bazarı?

Xəstəxana, yoxsa kolxoz bazarı?
 

Saatlı rayon AİİB nümayəndəliyinin sədri Habil Ağayev üzləşdiyi problemdən bəhs edib.

O, qeyd edib ki, 29.04.2021-ci il tarixdən Saatlı rayon mərkəzi xəstəxanasında PHŞ-yə hüquqşünas vəzifəsinə təyin olunub: “İşlədiyim müddətdə Saatlı istehlakçılarına dərman vasitələrinin verilməsi ilə bağlı mühüm işlər görmüşəm. Şəkər testləri və istehlakçıların labüd olan digər dərmanlarla təmin olunması ilə bağlı aidiyyatı qurumlara etdiyim müraciətlərə görə xəstəxanamız tam olaraq dərmanla təmin olunub. Eləcə də giriş və çıxışda, həmkarlarla, işçilərin pozulmuş hüquqları ilə bağlı xeyli işlər görmüşəm. Xəstəxanada mənə qədər öz adamları vasitəsilə kimlərəsə bahalı narkotik tərkibli dərmanlar verilməsinə qarşı olmuşam. Etibarnaməsiz heç kimə dərman verilməməsi üçün fəallıq göstərmişəm.

Lakin xəstəxananın direktor əvəzi Etibar İbişov öz əlaltıları vasitəsilə mənə qarşı şər-böhtan kompaniyasına başlayıb. 600 nəfər kollektivi olan Saatlı rayon mərkəzi xəstəxanasının işçilərinin demək olar ki, 90 faizi mənim tərəfimdə olsa da, Etibar İbişov, keçmiş direktor haqqında hazırda 3-4 maddə ilə məhkəmə qətnaməsi olduğu halda, fəaliyyətimə mane olur. Uşaq həkimi işləyən Səidə Şahpələngova mənə qarşı şər, böhtan tətbiq edərək, nüfuzuma xələl gətirmək istəyir. Onlar mənə öz səlahiyyətlərimi icra etməyə imkan vermirlər. Bu şəxslər xəstəxananı kolxoz bazarına döndərmək yolunda bütün imkanlarından istifadə edərək, istehlakçıları aldadır, dərmanları əsassız reseptlərlə öz əlaltıları vasitəsilə satdırırlar.

Terapiya şöbəsi dərmanları xəstələrə vermir. Onlar şikayət etsə də, bu məsələ düzəlmir ki, düzəlmir. Şöbə müdiri və baş tibb bacısı ilə qeydiyyat və neqativ məsələlərlə bağlı jurnallarda dəfələrlə araşdırma aparsam da, E.İbişov onlara dəstək verir. Terapiya şöbəsinin müdiri Asif Həsənov da İbişov

dəstəsinin üzvlərindən biridir. Qeyd edim ki, E.İbişov və S.Şahpələngovanın xüsusi öyrədilmiş əlaltıları mənə şər, böhtan atır, işgüzar nüfuzuma xələl gətirirlər. Saatlı istehlakçıları adından sizdən xahiş edirik, bizə yardımçı olun”.

Nigar

0.015182971954346