Korona virusdan müalicənin yeni üsulu tapıldı

Korona virusdan müalicənin yeni üsulu tapıldı
 
Paralel.az Qazeta.ru.-ya istinadən xəbər verir ki, Oksford universitetinin alimləri aşkar ediblər ki, korona virusdan müalicədə bronxial astmadan müalicə üçün tətbiq olunan budesonid iqalyatorlarından istifadə müsbət nəticələr verir.
 
Alimlər bildirirlər ki, COVİD-19 virusuna yoluxan insanların bronxial astma və xroniki ağ ciyər xəstələrinin müalicəsi üçün tətbiq olunan budesonid iqalyatorlarından istifadə müalicənin müddətini 3 günə qədər azalda bilər.  ABŞ səhiyyə nazirinin müavini Djo Çerçill bu metodun tətbiqini ciddi nəzarətdə saxlanıldığını bildirib. Bu dərmanın hər bir xəstə üçün individual təyinatı nəzərdə tutulub. Bununla belə, budesonid iqalyatorlarından ev şəraitində müalicədə də istifadə oluna bilər. Professor Riçard Xobbsun sözlərinə görə, bu üsul pandemiyaya qarşı mübarizədə mühüm rol oynaya bilər. Çünki korona virusun bir çox digər xəstəliklərin yaranmasına səbəb olduğu da, artqı tibb aləminə məlumdur. Bütün bunlara baxmayaraq, alimlər hesab edir ki, korona virusun yayılmasının qarşısının alınmasının ən mütərəqqi yolu kütləvi vaksinasiyadan keçir. 

Yusif Seyid
0.019054889678955