Prezidentə şikayət məktubu

Prezidentə şikayət məktubu
 

Yevlax rayon Malbinəsi kənd sakini Mahmudov Sərvər Mahir oğlu Prezident İlham Əliyevə şikayət məktubu yazıb.  

Sərvər Mahmudov redaksiyamıza ünvanladığı şikayət məktubunda Malbinəsində torpaqların çoxunun kənd ərazi nümayəndəsi Muxdarov Qalib Vahid oğlu, bələdiyyə sədri tərəfindən zəbt edildiyini vurğulayır. O qeyd edir ki, en azı 40 hektara yaxın bələdiyə torpaqları rayon qeydiyyatında olan vətəndaşlara satılıb. Sərvər Mahmudov ölke başcısının arıçılıq, baramaçılıq, pambıqçılıq kimi kənd təsərrüfatı səhələrinə verdiyi önəmini dəyərləndirərək qeyd edir ki, adlarını qeyd etdiyi şəxslər barəsində aidiyyatı orqanlar lazımı tədbir görsünlər ki, onlar da öz zəhmətləri və dövlətin yardımı hesabına ərsəyə gətirdikləri işlərini, ideyalarını reallaşdıra bilsinlər. 
Şikayətçi israrla qeyd edir ki, onların problemləri rayon icra və kənd icra nümayəndəsi ilədir.

Bəli, biz də Paralel.az saytı olaraq şikayətçinin prezidentə ünvanladığı açıq məktubu olduğu kimi dərc edirik. 

Men Yevlax rayon Malbinəsi kəndi sakini Mahmudov Sərvər Mahir oğlu 34 yaşım var, ailəliyəm, iki övladım var. Məşğul olduğum sahə arıçılıqdı. Arıcılık üzrə "PULS-R" şirkəti tərəfindən icra edilən "Şirin Qızıl" lahiyəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin dəsdəyi ilə 2019-cu ildə təşkil edilən "Arıçılıq Akademiyası" təlimlərində iştirak etmişəm. Arıçılıq üzrə SERTİFİKAT-larla təltif olunmuşam. Ana arı yetişdirmək və bölgələrdə cins ana arılarının sayının artırılması və yayılmasına, arıçılığın inkişafı üçün bacardığım qədər köməklik göstərir və gənc nəsli bu yöndə istiqamətləndirirəm. Sizə bu məktubu yazmaqda məqsədim "PULUS-R" şirkəti tərəfindən mənə yaxşı arıçı olduğum üçün Azərbaycanda az sayda olan Qırmızı kitaba salınmış ağac növləri Evodiya, Amerikan ağcaqayını,

Paviloniya, Alkasiya növleri, İlğın, İyde, ve s kimi nektar verimli ağaclar verilib. Bu ağaclar məndədir və ev şəraitində qulluq olunur. Bu ağaların əkilməsi üçün torpaq sahəsi lazım olduğunu kənd nümayəndə sədiri və bələdiyyə sədiri başda olmaqla bir çox yerə müraciət etmişik amma nəticəsiz olaraq qalıb. Məqsədimiz arıcılığın inkişafı, təbiəti gözəlləşdirmək, gənc nəsli zərərli təsirlərdən qorunmasını təmin etmək və bu istiqamətə yönəltməkdir.Sizdən xahişimiz arıçılığın inkişafı üçün yuxarıda qeyd etdiyim ağaclardan ibarət meşə zolağının salınması üçün bizə Yevlax rayon Malbinəsi kəndində üç hektar torpaq sahəsinin ayırılmasına köməklik edəsiniz.


Yevlax rayon Malbinəsi kəndi sakinləri
Mahmudov Sərvər Mahir oğlu 0503590378
Seyidov Vaqif Barat oğlu
Eliyev Nağı Şakir oğlu
Şahbazov Vüsal Əli oğlu
Əmirahov Fərzamil Bərxudar oğlu
Abdullayev Seymur Qurban oğlu
Abdullayev Sabik Qurban oğlu

Sonda arıçılıq təsərrüfatının inkişaf etdirilməsi üçün salınacaq meşe zolağının təsvirini təqdim edirəm:

1.Meşe zolağını salınması üçün yararlı belediye torpaq sahesi.

2.Arıçılıq yönümlü Qırmızı kitaba salınmış ağaların ekilmesi ve artırılaqaq yeni erazilere yayılması.

3.Genc nesli zererli tesirlerden qorunmasını temin etmek.

4.Salınacaq meşe erazisinde genclerin vaxdlarının asude keçirilmesi. Mekteblilerin Arıçılıq ve arıçılıq mesulları ile tanış edilmesi,genc nesli meşe zolaqlarının salınmasına sevdirmek teşvik etdirmek.

Lahiye ölkəmizin digər əkinə yararsız torpaqlarında bu cür məşə zolaqlarının salınması ilə, itirilmiş isdifadəsiz torpaqları yenidən qazanmaq ölkemizin və xalqımızın rifahını yüksəltmək, daha sağlam gənc nəslin yetiştirilməsinə çalışmaq. Layihəmiz uğurlu olarsa ölkəmizin sosial ekoloji və estetik durumunun daha da yaxşılaşdırılmasına töhfə vermiş olarıq.

Meşe zolağına əkiləcək ağaclar və bu ağaclar haqqda qısaca melumat

1.EVODİYA ağacı
Evodiya ağacı arıçılıq üçün əlverişli ağacdır. Ağac iyul, avqust, sentyabr ayının ortalarına kimi çiçək açır. Bu vaxtlarda təbiətdən nektar axını çəkilir, amma bu ağac çiçək açır nektar verimi olduqca yüksəkdir. Yəni 1 hektar Evodiya 20 hektar çökə ağacının verdiyi nektara bərabərdir.

2.AMERİKAN AĞCAQAYINI
Amerikan ağcaqayın ağacı yüksək nektar ve arı sürfələrinin yetişdirilməsini təmin edən yüksək miqdarda çiçək tozu verməsindən əlavə, bir amerikan ağcaqayın ağacı bir gündə 28 nəfər insanın günlük ehtiyacı olan oksigen istehsal edir ki, bu da meşə zolağının ətrafında yaşayan əhalinin sağlam olması deməkdir.

3.PAULONİYA:
Pauloniya ağacı şərqi Asiya ağacı sayılmasına rəğmən, bu gün demək olar ki, dünyanın dört bir yanında əkilir.
Pauloniya kənd təsərrüfatında, ekaloji layihələrdə, dekoratif ağac kimi istifadə olunur ki, bu da onun çox funksiyalığının bariz nümunəsidir.
Kənd təsərrüfatında arıcılık ekoloji gübürə, oduncaq tədarükü, yararsız torpaqların qısa zamanda əlverişli torpaqlara çevirilməsi və s.
Pauloniya gündelik olaraq havadan 22 kq Co2 udur və 3 kq oksigen  nəql edir. Yararlı torpaqların rəqəmlərlə ifadəsini artırır. Sürətli olaraq böyüdüyü üçün, meşə örtüyünün bərpası, su balansının qorunması, terras qoruyucu funksiyalar vardır.Şəhərlərin gözəlləşdirilməsində əvəzsiz paya Park və xiyabanların çiçəkli ağac olan pauloniyalar əkilməsi ilə insanların istirahət güşələrində həm daha xoşagəlimli qoxu ifraz eliyən pauloniya çiçəkləri həm də, həm də yaşıllıq və kölgəliyin artırılmasında isdifadə olunur. Dekor məqsədi ile də əkilən pauloniyalar qısa müddətdə dekorasiyanı tamamlayır ki, buna da səbəb iller ərzində 3-5 metir böyüməsidir. Pauloniya gelirli bitkiler sırasında ilk yərdədir. Pauloniya ağacı digər bitkilərlə dost münasibətdə olub, birgə ərazilərdə gözəl nəticələr göstərir. Dənli, paxlalı, bosdan və digər əkimlərdə elave olaraq əkilməsi hər iki bitkiyə xeyirdən başqa bir şey deyildir. Ona göreki, pauloniyalar dağıdıcı kölgelere deyil eksine su tutar olduğuna göre diger bitgilerin kökleri üçün su menbeyidir.Bele olduğu müddetde sahibkar bezi mesreflerden yan keçir ki, bu da onun büdcesine müsbet tövhedir.Bununla yanaşı, pauloniyalar odunca-taxdasının qiymeti 700-800 kq bal götürmek imkanı sahibkarlara ve pauloniya sahiblerine yeteri qeder imkan demekdir.
Pauloniya 101 sortu var eraziden aslı olaraq pauloniyaların çeşitlilik deyişir.
Mütexesislerle meslehetleşmek, eraziye uyğun pauloniya sortu seçmek, gelecekde daha çox müsbet netice demekdir ve diger adını sadaladığım ağaclar hemçinin.
Akasiya növləri, İlğın, İyde ve s kimi ağaclar.
Hörmətli redaksiya bir arıçı kimi sizdən xahişim budur ki, məsələni işıqlandırasınız, ən önəmlisi də səsimizin cənab prezidentə çatdırılmasıdır. Bizim yazdığımız məktublar Yevlax Mərkəzi poçtunda itbata düşür, ünvanına çatmasın deyə.

 

0.010546922683716