Paşinyanın "humanist" tezislərinin iç üzü

Paşinyanın
 

Ermənistan Laçın dəhlizinin əvəzinə Zəngəzur dəhlizini açmaq istəmir

Paralel.az xəbər verir ki, Ermənistanın Baş nəziri Nikol Paşinyan bu gün hökumətin iclasında "tülkünün həccə getməsini" xatırladan, "humanist"  tezislərlə çıxış edib. Hansıki, bunalardan bəziləri regionda sabitliyin qorunması üçün vacibdir. Amma bu tezislərin Paşinyan və onun hökuməti birtərəfli qaydada təfsir etməyə və anlamağa çalışır.

Məsələn, Paşinyan regionda kommunikasiyaların açılmasına və Qarabağ üzrə konstruktiv danışıqlara hazır olduğunu bəyan edib. Onun təbirincə, kommunikasiyaların açılması dedikdə, yalnız Ermənistanın Azərbaycan əraziləri üzərindən İrana və Rusiyaya çıxış əldə etməsidir. Lakin bunun qarşılığında Paşinyan Zəngəzur dəhlizini "hansısa dəhliz" adlandıraraq ondan imtina etdiklərinə eham vurur. Bununla yanaşı, Qarabağa status da istəyir. Tarixdə həmişə şərtləri qalib tərəf diqtə etdiyi halda, Rusiyanın dəstəyindən ürəklənən Paşinyan məğlub ali baş komandan kimi şərt diqtə etməyə çalışır.

Paşinyan növbəti tezisini 30 il Azərbaycan torpaqlarının işğalda qalmasına yardım etmiş Minski qrupunun dirildilməsinə həsr edir: "Hökumət ATƏT-in Minsk qrupunun həmsədrləri çərçivəsində danışıqlar prosesini bərpa etməyi vaciub hesab edir". Məsələ burasındadır ki, Azərbaycan tərəfi Minski qrupunun "ayı xidməti"ndən artıq "yararlanmaq" fikrində deyil. Minsk qrupunun yenidən dirilməsi isə hər iki tərəfin razılığına möhtacdır. İki tərəfdən biri - Azərbaycan bunu istəmirsə, deməli Minsk qrupu tarixə çevrildi.

Baş nazir qonşularla münasibətlərə dair də hiyləgər bir tezis söyləyib: "Regionda sülh və sabitliyin qurulması üçün qonşularla münasibətlərin qurulması və inkişaf etdirilməsi vacibdir". Qeyd edək ki, Ermənistanın dörd qonşusu var - Türkiyə, İran, Azərbaycan və Gürcüstan. İranla qonşuluğun elə də bir önəmi yoxdur - Azərbaycanın ərazi bütövlüyü bərpa ediləndən sonra İranla Ermənistanın Araz çayı boyunca sərhədləri sərt qayalarla əhatələnmiş dağlardan ibarətdir. Hansıki, bu ərazidən hər hansı bir kommunikasiya sistemi qurmaq qeyri-mümkündür. Qalan üç qonşunun hamısına Ermənistanın torpaq iddiası var. Azərbaycanda Qarabağı, Gürcüstanda Cavaxetiyanı, Türkiyədə isə Doğubayazit və İğdır bölgəsini özününkü hesab edir. Belə bir şəraitdə Ermənistan qonşuları ilə hansı normal münasibət qurmaqdan danışa bilər. Normal münasibətlərin ilk addımı qonşu dövlətin ərazi bütövlüyünün tanınmaq ola bilər.

Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsinə toxunan baş nazir deyib ki, Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiyası prosesinə tez başlamaq lazımdır. Bunu əslində Azərbaycan tərəfi də istəyir, lakin ermənilər hər addımbaşı cəmi 20 il əvvəl Azərbaycan ərazilərində saldıqları yeni yaşayış məskənlərinin ermənilərə bağışlanmasını istəyir ki, bu da Azərbaycan dövləti üçün yolverilməzdir.

Paşinyanın erməni sayıtlarını "bəzəyən" sonuncu tezisi erməni həyasızlığının bariz nümunəsi sayıla bilər: "Hökumət bəzi qonşularla münasibətlərdə düşmənçiliyə son qoymağa köklənib. Regionda kommunikasiyaların açılması ölkəni illərdir düşdüyü blokadadan çıxara bilər. Lakin bu prosesi Azərbaycanın "hansısa dəhliz" istəyi çətinləşdirir". Halbuki, 10 noyabır bəyanatının 10-cu bəndində yazlır: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir". Bu bənddə aydın yazılıb ki, Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Vilayəti arasında əlaqəni təmin etməlidir. Həmin əlaqə isə yalnız Zəngəzur dəhlizi vasitəsi ilə həyata keçirilə bilər.

Akif Nəsirli

0.048621892929077