6 bankın qeyri-faiz xərcləri azalıb

6 bankın qeyri-faiz xərcləri azalıb
 

Paralel.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın bu ilin birinci yarısındakı qeyri-faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
Bunlar “Azər-Türk Bank”, “Bank Respublika”, “Bank BTb” və “AFB Bank” ASC-lər, eləcə də İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.

Ən çox azalma “AFB Bank”da (17,8%), ən az azalma isə “Azər-Türk Bank”da (0,6%) qeydə alınıb.
Qalan 20 bankın isə qeyri-faiz xərcləri artıb. Ən yüksək dinamika “Rabitəbank” ASC-də (49,9%), ən aşağı dinamika isə “Premium Bank” ASC-də (0,9%) qeydə alınıb. (“Renkinq”)

 

0.072204113006592