50 yeni hasilat quyusu istifadəyə, fəaliyyətsiz 49 quyu isə istismara təhvil verilib.


50 yeni hasilat quyusu istifadəyə, fəaliyyətsiz 49 quyu isə istismara təhvil verilib.
 

Paralel.az xəbər verir ki, 2020-ci ildə SOCAR uzunmüddətli proqnoz öhdəliklərini yerinə yetirməklə strateji hədəflərindən biri olan neft-qaz hasilatı sahəsi üzrə fəaliyyətini genişləndirib.

Dövlət Neft Şirkətinin məlumatına görə, “Davamlı İnkişaf Hesabatı-2020”də təqdim etdiyi rəqəmlərə əsasən, şirkət ölkə hüdudlarında və Xəzər dənizinin Azərbaycana aid olan hissəsində hesabat ilində proqnozu 201 500 ton çox və ya 102,8 faiz yerinə yetirilməklə, kondensatla birgə ümumilikdə 7 407 300 ton neft hasil edib.

Bildirilib ki, bunun 6 109 900 tonu “Azneft” İB-nin, 1 297 400 tonu isə SOCAR-ın payçı olduğu yataqların hesabına hasil edilib.

Baxmayaraq ki, şirkətin 2020-ci ildə hasil etdiyi neft həcmi nəzərdə tutulan proqnozdan çox olub (7 407 300 ton), bu rəqəm 2019-cu ilin göstəricisi ilə müqayisədə 3,6 faiz azdır. Lakin, qaz hasilatı əvvəlki illə müqayisədə 7,7 faiz artaraq 7 344 000 000 kubmetr olub.

Bu dövrdə şirkət tərəfindən 5 899 000 ton neft (illik müqayisədə 4,8 faiz az) və 3 707 500 000 kubmetr qaz (illik müqayisədə 15,31 faiz çox) emal edilib.

Hesabat ili ərzində quru və dəniz sahələrində ümumilikdə 50 yeni hasilat quyusu, fəaliyyətsiz quyu fondundan isə 49 quyu istismara təhvil verilib.

Röyal

0.021878957748413