Şəmsəddin Alıyev: "ATƏT-i yenidən diriltmək kimin istəyidir?"

Şəmsəddin Alıyev:
 
"Ölkələrin Konstitusiyası ona görə yüksək hüquqi qüvvəyə malik,ali aktdır ki,o referendumla qəbul olunduğundan xalqın iradəsini ifadə edir"
Paralel.az xəbər verir ki, bunu hüquqşünas,  “Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyev deyib.
"Bəşəriyyətin də iradəsini ifadə edən ,dünya dövlətləri tərəfindən tanınan BMT-nin nizamnaməsi və dünya dövlətlərinin tərəfdar çıxdığı Beynəlxalq hüququn 10 prinsipləridir.Bura insan hüquq və azadlıqları ilə bağlı 1948 - 1966-cıi illərdə qəbul edilən bəyannamələri və sonrakı konvensiyaları da aid etmək olar.
Amma ,çox təəssüf ki,dünya əhalisinin iradəsini və maraqlarını ifadə etməli olan bu yüksək dəyərə malik normalar dünyanın super gücləri tərəfindən qulaqardına vurulur,o normaların tələblərinə əməl olunmur. Kiçik dövlətlərə və onlara mənsub vətəndaşlarına kölə kimi baxırlar".
Şəmsəddin müəllimin fikirinə görə bu dövlətlərdən insanlara hörmət və ehtiram gözləmək sadəlövhlükdür.
Dövlətlərin suverenliyini,sərhədlərin toxunulmazlığını təmin etmək,dövlətlərin daxili işlərinə müdaxilə etməmək hər bir dövlətin vəzifəsi kimi önə çəkilir.Güc tətbiq etməmək,silahla hədələməmək,ən başlıcası insanların hüquq və azadlıqlarını qorumaq,habelə götürdükləri beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirmək - Beynəlxalq hüququn mühüm prinsipləri dünya ictimaiyyətinin gözü qarşısında hər gün pozulur.
Qınağa çəkən yox!
"Belə çıxır ki,sadalanan mühüm bəşəri dəyərləri tanımalı olan dövlətlər sonda tanımırlar(heç tanımaq da istəmirlər).Hər şey burdan başlayır.Çox sadə bir məntiqə əsaslanıb demək olar ki,BMT TŞ-nın 5 daimi üzvü olan super dövlətlər-ABŞ,Çin,RF,Böyük Britaniya və Fransa qəbul etdikləri qətnamələrin icrasında maraqlı deyillər.Bunu sübut etməyə hacət də yox,onsuz da hər şey göz qabağındadır...
BMT-nin nizamnaməsinə görə Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyan da, məhz TŞ-nin 5 daimi və qismən 10 qeyri daimi üzvləridir.TŞ BMT-nin daimi fəaliyyət göstərən daimi orqanı olsa da Azərbaycan haqqında qəbul edilən qətnamələrin icra olunmasında iradəsizlik nümayiş etdirdi...Sonrası bütün dünyaya bəlli oldu.
İndi gorbagor olmuş ATƏT-i yenidən diriltmək istəyi baş qaldırıb.Kimin istəyidir bu?..
Futbol matçlarında məni həmişə düşündürən qəribə bir hal olub.30-40 min azarkeşin izlədiyi oyunda qayda pozuntusuna arbitr dərhal reaksiya verir və hamı ona tabe olur.Tənbeh növləri-11 metrələr təyin olunur,peşəkar hücumçu oyundan kənarlaşdırılır və s...tərəflər də bununla razılaşmalı olurlar...
30 il TŞ-nin qəbul etdiyi qətnamələr qüvvəsinə görə arbitrin düdüyündən də aşağıda imiş.
Baxın,BMT nə qədər nüfuzunu itirib,nə günə düşüb?
Digər görünməyən,bəlkə də unudulan bir hal da var.Bunu qardaş Türkiyənin Prezidenti Rəcəb Teyyub Ərdoğan da zamanında səsləndirib.
Beynəlxalq səviyyədə tanınmış 195 müstəqil dövlətləri birləşdirən BMT-nin TŞ-nın 5 daimi üzvü niyə eyni dövlətlər-Çin,ABŞ,Rusiya,Böyük Britaniya və Fransa olmalıdır?Niyə bu 5 dövlət digər dövlətlərin taleyini həll etməlidirlər?
TŞ-nin indiki 5 daimi üzvü yerini başqa dövlətlərə verməlidir.
Məs; Türkiyə,Pakistan, İtaliya,İsrail,Yunanıstan və s...ölkələrin namizədliyi irəli sürülə bilər.
Təhlükəsizlik Şurasının tərkibi dəyişsə BMT-yə yeni nəfəs gələcək..."
 
Şahnaz Salehqızı
 
 
0.10303592681885