Rusların Qarabağda nə ölümü var?
Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi rəşadət və şücaət, Prezident İlham Əliyevin bir dövlət başçısı və Ali Baş Komandan kimi qətiyyətini və əzimkarlığını görən Rusiya erməniləri qəti məğlubiyyətdən xilas etmək üçün üç dövlət arasında 10 noyabr bəyannaməsinin imzalanmasına nail oldu. Bu bəyannamənin şərtlərinə əməl olunmasına nəzarət funksiyasını yerinə yetirmək adı altında öz "sülhməramlıları"nı da Qarabağa yerləşdirdi. Azərbaycan da sülhsevər bir dövlət olaraq buna etiraz etmədi. Bu gün isə atəşkəs, demək olar ki, hər gün pozulur. Belə çıxır ki, Ruslar bölgədə atəşkəsi qoruya bilmir, onda onların Qarabağda nə ölümü var? Deyək ki, ermənilərin başı xarab olub. Bəs, Ruslara nə olub?
Yusif Seyid