Erməni baş leytinant "azıb"?
Paralel.az Sputnik-Armeniya-ya istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi 22 avqust saat 21:00 radələrində N saylı hərbi hissənin hərbçisi Boris Davidyan yuxarı komandanlığın icazəsi olmadan daimi dislokasiya yerini tərk edib, bundan sonra onunla əlaqə itdiyi barədə məlumat yayıb. Bildirilir ki, dərhal rus sülhməramlıları ilə birlikdə zabitin axtarışına başlansa da, bu istiqamətdə nəticə əldə edilə bilməyib.
Ermənistan MN-in ilkin məlumatına görə, baş leytenant Artur Davidyan pis hava şəraitində yolunu azaraq Azərbaycan tərəfə keçib.
Bildirilir ki, hazırda Rusiya sülhməramlılarının vasitəçiliyi ilə qarşı tərəflə danışıqlar aparılır.
Azərbaycan Müdafiə Nazirliyi hələ hadisəyə münasibət bildirməyib.
Akif Nəsirli