Vətəndaş arzuladığı vaksini vurdura bilmir

Vətəndaş arzuladığı vaksini vurdura bilmir
 

Ədalət Rüstəm; "Birinci dozanı Sinovac, ikinci dozanı isə Pfizer vurdurmaqla biz çarpaz peyvəndlənməyə nail oluruq"

Paralel.az xəbər verir ki, son günlər peyvənd vurulan məntəqələrdə sıxlıq yaşanır. Lakin vətəndaşlar istədikləri vaksini vurdura bilmirlər. Əksər xəstəxanada daha çox Sinovac vurulur. Kimsə Pfizer vurdurmaq istəyəndə, olmadığı deyilir. Əlavə olaraq BioNTech vurdurmaq istəyənlərə bir həfdə əvvəldən xəbər vermələri lazım olduğu deyilib. Maraqlıdır, xəstəxanalarda niyə bütün vaksinlərdən yoxdur?

Bu barədə bizimlə söhbət zamanı professor Ədalət Rüstəm bildirdi ki, hökumət tərəfindən Çin istehsalı olan Sinovac peyvəndi daha çox alınıb: "Ona görə də Sinovac bütün məntəqələrdə var. Digər vaksinlər isə məhdud dozada alınıb, ona görə də onlar vaksinasiya məntəqələrində azdır. Bizdə daha çox vətəndaşlarımız Pfizer vurdurmaq istəyir. Bu peyvənd isə məhdud doza ilə alındığından, növbəyə dayanmaq lazım gəlir. Amma bir məsələni də qeyd edim ki, birinci dozanı Sinovac, ikinci dozanı isə Pfizer vurdurmaqla biz çarpaz peyvəndlənməyə nail oluruq. Bu da orqanizmdə daha güclü anti-cismlərin yaranmasına səbəb olur. Ona görə də məsləhət bilirmə ki, vətəndaşlar məhdudiyyəti nəzərə alıb, peyvəndləməni bu formada həyata keçirsinlər".

Akif Nəsirli

0.024343013763428