Azər Cəfərov yazır...
"Azıx adamına" dedilər: "Gələcəkdə insanlar mağaralarda deyil, evlərdə yaşayacaq, ovçuluq və yığıcılıqla deyil, əkinçilik, heyvandarlıq və sənətkarlıqla məşğul olacaq. Dedi: "Bu heç vaxt ola bilməz. Sən xəyalpərəstsən".
XXI əsrin insanına dedilər: "Gələcəkdə Dünya birləşəcək – Federativ Dövlət yaranacaq, resurslar xalqlar arasında ədalətlə bölünəcək,Yer kürəsi Ümumi Vətən olacaq, sərhədlər olmayacaq, müharibələr, ekoloji problemlər, yoxsulluq və xəstəliklər keçmişdə qalacaq, insanlar 200-300 il xoşbəxt və firavanlıq içində yaşayacaqlar; qonşu ulduzlara və Qallaktikalara səfərlər adi hal alcaq.
Dedi: “Bu heç vaxt olmayacaq. Sən xəyalpərəstsən”.