ÇİNİN TALİBAN SİYASƏTİNİN ƏSASLARI

ÇİNİN TALİBAN SİYASƏTİNİN ƏSASLARI
 
ÇİNİN TALİBAN SİYASƏTİNİN ƏSASLARI
Çin dünyanın həlledici gücü olmaq yolunda mübarizəsini davam etdirir. O, Əfqanıstanda baş verən hadisələrə də imkanlarını artırmaq fürsəti kimi baxır, bu işdə fəal iştirak edir. Çinin Əfqanıstanda baş verən hadisələrə münasibətinin üç ölçüsü var: a) təhlükəsizlik; b) siyasi; c) iqtisadi;
- Çin Taliban hakimiyyətə gəlməzdən öncə də ona yardım edir, silah, maliyyə, informasiya dəstəyi göstərirdi. Bu yolla ABŞ-ın bölgədəki mövqeyini zəiflətməyə çalışır, qulağının dibində ABŞ-ın olmasını istəmirdi;
- Talibanın hakimiyyətə gəlməsi Çinin önünü açdı, o, iyirmi gün öncə Taliban təmsilçilərini Pekində qəbul etdi, onlara 42 milyardlıq yardım vədi verdi;
- Talibanla əməkdaşlığa hazır olduğunu bildirir;
- Talibanın tərkibində uyğur türklərindən ibarət hərbi güc var, Çin Taliban vasitəsilə onları zərərsizləşdirməyə çalışır ki, uyğurlarla bağlı sıxıntılar önlənsin;
- Çin Əfqanıstanda ABŞ-dan boşalmış yeri doldurmaq istəyir;
- Pakistan Çinin bölgədəki müttəfiqidir, Pakistanın Talibanın üzərində ciddi nüfuzu var, Çin Pakistan vasitəsilə Əfqanıstanı da yanına alaraq Hindistanı sıxışdırmağa çalışır;
- Çinin bir kəmər layihəsinin önəmli hissələri (5 məntəqə) Əfqanıstan sınırından keçir, o, Taliban vasitəsilə bu yolun təhlükəsizliyinə təminat istəyir;
- Çin Əfqanıstana yeni bazar kimi baxır;
- Əfqanıstandakı çoxsaylı faydalı qazıntı yataqlarının işlədilməsi üçün yatırım təklif edir;
- Çin Əfqanıstan vasitəsilə Türküstandakı mövqeyini gücləndirir;
- ABŞ-ın əski Xorasan bölgəsindən çıxması Çinə təsir sahəsini artırma imkanı verir, o, bu fürsətdən maksimum faydalanmağa çalışır;
0.073782920837402