Sentyabrın 15-də dərslər başlaya bilər

Sentyabrın 15-də dərslər başlaya bilər
 
Paralel. az xəbər verir ki, ölkəmizdə korona virus pandemiyasının yaratdığı narahatlıqlara münasibət bildirən prezident administrasiyasının rəsmisi Ş. Mövsümov bildirib ki, pandemiyadan çıxış yolu peyvəndlənmədir. O, qeyd edib ki, ölkə əhalisinin 60 faizi peyvənd olunduğu zaman ölkəmizdə pandemiya bitmiş olacaq (artıq Operativ Qərargah elan edib ki, ölkə əhalisinin 66 faizi peyvənd olunub). PA rəsmisi yay mövsümündə ölkəmizə səfər edənlərin çox oldugunu nəzərə alaraq onu da xüsusi vurgulayıb ki, burada da narahatlıga səbəb yoxdur, həmin şəxs öz ölkəsində peyvənd olunubsa, bu bizdə də keçərlidir. Ş. Mövsümov sentyabrın 15-də dərslərin başlana biləcəyini də istisna olmadıgını deyib. Həftə sonu nəqliyyatın fəaliyyətinin bərpası məsələsinə toxunan PA rəsmisi, bu məsələnin hazırda müzakirə mövzusu olmadıgını bildirib. Ş. Mövsümov hazırda hər hansı bir sərtləşmədən söhbət getmədiyini, amma pandemiyadan çıxmaq üçün peyvəndlənməni surətləndirmək lazım oldugunu bildirib. 
 
Yusif Seyid
0.020658016204834