Uşaqlar da virusa yoluxur!?
Paralel.az xəbər verir ki, ölkəmizdə korona virusun yayılması yüksələn xəttlə davam edir. Eyni zamanda Operativ Qərargah bəyan edir ki, artıq Azərbaycan əhalisinin 66 faizi vaksinasiyadan keçib.
Hazırda insanları daha çox təşvişə salan isə dünyada uşaqların da bu virusa yoluxmaları haqqında məlumatlardır.
TƏBİB bəyan edir ki, hələ ki, Azərbaycanda belə bir təhlükə yoxdu və uşaqların vaksin olunmaları barədə düşünmürlər.
Bununla belə, Amerikanın Texas ştatında uşaq klinikasında çalışan həkim həmyerlimiz Yusif Hacıyev bildirir ki, bir həftə ərzində onun çalışdığı xəstəxanaya 5800 uşaq daxil olub, onlardan 783-də korona virusu aşkarlanıb. Həkim həmyerlimiz Yusif Hacıyev tövsiyyə edir ki, maska taxın və məsafə saxlayın. Bu arada TƏBİB-dən bildirilib ki, son yoluxmalar zamanı ölənlər arasında vaksin olunanlar yoxdur. Bu da peyvəndin effektivliyindən xəbər verir.
Yusif Seyid