İş bilənlər və mız qoyanlar
Eyni vəziyyət həm də təhsildə və hüquq-mühafizə orqanlarında özünü açıq biruzə verir. Savadsızların sayı artır, savadlılar ölkəni tərk edir. Hüquq-mühafizə orqanlarının texniki imkanları artdıqca, cinayətlərin də sayında artım müşahidə olunur. Ekspertlər hesab edir ki, burada problem heç də kadrlarla bağlı deyil. Əsas məsələ odur ki, kadrlar bilik və bacarıqlarına görə deyil, yerlibazlıq, qohumbazlıq, dostbazlıq prinsipləri ilə yüksək vəzifələrə təyinat alırlar.
«Çörəyi ver, çörəkçiyə»,-deyib atalarımız. Biz isə çörəyi çörək qədri bilməyənlərə verməklə, həm çörəyi, həm də dövləti hörmətdən salır, urvatsız edirik. Allah bizi işə mız qoyanlardan qorusun, Amin!
Yusif Seyid