Aşura gəldi!
Birinin inancından doğan hərəkət başqasının hüquqlarını poza bilərmi?
Paralel.az xəbər verir ki, bu gün Bakı şəhərinin şiə Məscidlərinin yanından keçən yollarda xüsusi sıxlıq müşahidə edilir, dayanacaqlara belə avtobusların yanalmasında problemlər yaranır. Bu hal şiə müsəlmanlarının matəm günü hesab etdiyi Aşura (məhərrəm ayının 10-u) günü ilə bağlıdır. Bu gün bütün şiə müsəlmanlar 680-ci ildə Kəlbəla çölündə şəhid olmuş İmam Hüseyn və əshabələrinə yas tutur. Mərasmi özünəməxsus hərəkətlərlə keçirilir və bu mərasimlərdə insanlar kütləvi şəkildə iştirak edir. Ona görə də məscmdlərə piyada və şəxsi avtomobillərlə axışan şiələr məscidlərin ətrafındakı yol kənarlarını, avtobus dayanacaqlarını sözün əsil mənasında zəbt edirlər. Səhər saahad 11.00 radələrində M.F.Axundov bağından Yasamala doğru istiqamət ala edən 77 saylı marşrutla hərəkət edən avtobus "Azərbaycan" nəşriyyatının yanında dayanacağa yanala bilmədi. Çünki bütün dayanacaq qarışıq yol kənarında minik avtomobilləri parklanmışdı. Avtobus sərnişinləri düşürmək üçün yolun ortasında dayanaraq bütün yol-hərəkət iştirakçılarının dayanmasına - tıxac yaranmasına səbəb oldu. Əlbəttə, bu nə avatobus sürücüsüna, nə də onun arxasında uzun tıxaclarda dayüanan digər hərəkət iştirakçılarına xoş deyil. Belə də isə avtobusun ləngiməsindən istifadə edərək əlində podnus İmam ehsanına şərbət paylayan saqqalı bir kişi salona daxil oldu - götürün, götürün, İmam ehsanıdır!
Mənzərə doğrudan da Azərbaycan cəmiyyətinin naqisliyini nüsayiş etdirən ən bariz nümunədir. Birincisi, Kəlbala döyüşü haqqın zalım qarşısında bükülməyən qolunun nümunəsidir, onun üçün ağlamaq, sinə döymək yox, onu tərənnüm etmək, gənclərimizə mahiyyətini çatdırmaq lazımdır. Yeri gəlmişkən, hazırda bu Azərbaycan cəmiyyəti üçün vacib lazımdır. Çünki hər gün cəmiyyətin gözü önündə vətəndaş hüaqqları tapdanır, hüquqlar zorlanır - bu adiləşib artıq.
İkincisi, islamda ölüm faciə deyil, ölüm haqqın dərgahına əməlləri ilə birlikdə qovuşmaqdır. Bu məqamda kim əliboş haqqa qovuşursa, bəlkə də onun halına acıbaq, onunçün gözyaşı tökmək olar. İmam Hüseyn isə bu dünyada o dünyasını qazanmış müsəlmanlardan olduğundan onun şəhadətinə ağlamaq yox, həsəd aparmaq, onu özünə arzulamaq lazımdır.
Üçüncüsü, İslamda üç gündən artıq həsrət yası belə saxlamaq haramdır. Lakin Kərbəla döyüşü miladi təqvimi ilə 10 oktyabr 680-ci ildə indiki Kərbəla şəhəri yaxınlığında İslam peyğəmbəri Məhəmmədin (s.ə.s) nəvəsi Hüseyn ibn Əli ilə Əməvi xəlifəsi I Yezid arasında baş verib. Yəni bu hadisə 1341 il əvvəl baş verib.
Akif Nəsirli