Bu gün Aşuradır

Bu gün Aşuradır
 
Məhərrəmlik və Aşura müsəlman aləminin şiə təriqəti tərəfdarlarının ən çox əhəmiyyət verdiyi dini mərasimlərdən biridir.  Məhz buna görə də, lazımdır ki, hamı bu təriqətin də dini inancdan yaranan tədbirlərinə sayğı ilə yanaşsın.
Amma, bu gün təkcə Azərbaycanda deyil, dünyada müsəlmanların kompakt şəkildə yaşadığı hər yerdə Məhərrəmlik, Aşura və əzadarlıq kimi məsələlər geniş müzakirələrə səbəb olur. Bir çox din xadimləri belə, təziyyə günlərinin belə kütləvi şəkildə həyata keçirilməsini məqbul hesab etmirlər. Bununla belə, bir çox yerlərdə bu tədbirlərin müəyyən çərçivə daxilində keçirilməsinə məhdudiyyətlər tətbiq olunmur. Lakin yaddan çıxarmaq olmaz ki, hazırda dünyanın hər yerində korona virus adında bir bəla insanları təhdid altında saxlamaqdadır. Bu bəladan qorunmağın isə bir yolu var- maska və məsafə. Aşura günü kimi kütləvi tədbirlərdə isə bu tələbi yerinə yetirmər, demək olar ki, mümkün deyil. Buna görədə də, din xadimləri  inanclı insanları başa salmalıdırlar ki, hazırda bu kimi mərasimlərin keçirilməsi məsləhət deyil.
Artıq iki ildir ki, zəvvarlar islamın əsas şərtlərindən biri olan həcc ziyarətinə gedə bilmirlər. Bu, o demək deyil ki, bununla həmin insanların dinə inamı zəifləyib. Bəla hamının bəlasıdır, bunu inanclı insanlara anlatmaq isə din xadimlərinin vəzifəsidir. Polisin bu kimi məsələlərə müdaxiləsi isə insanlar arasında narazılıqlara səbəb ola bilər.
 
Yusif
 
0.019177198410034