Bayden ABŞ qoşunlarını Əfqanıstandan çıxarmaq qərarını qiymətləndirdi
 

Bayden ABŞ qoşunlarını Əfqanıstandan çıxarmaq qərarını qiymətləndirdi 
 

Co Bayden: "Əfqanıstanda yeganə həyati marağımız əvvəlki kimi qalır - bu Amerikaya qarşı terror hücumlarının qarşısını almasıdır"

Paralel.az Lent-ru-ya istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Bayden mətbuat konfransı zamanı ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması qərarını dəyərləndirdi. ABŞ prezidentinin Twitter hesabında həmin konfransın video-yayımı yerləşdirilib.

Siyasətçi respublikada baş verənlərdən üzüldüyünü, ancaq qoşunların geri çəkilməsindən təəssüflənmədiyini bildirib, çünki ABŞ qüvvələrinin ölkədə daha çox qalması daha ağır itkilərlə sonuclana biləcəyini qeyd edib.

ABŞ Prezidenti Joe Biden Əfqanıstanda Amerikanın məqsədinə çatıldığını söyləyib: "Əfqanıstandakı missiyamız heç vaxt millət yaratmaq, vahid, mərkəzləşdirilmiş bir demokratiya formalaşdırmaq deyildi. Əfqanıstanda yeganə həyati marağımız əvvəlki kimi qalır - bu Amerikaya qarşı terror hücumlarının qarşısını almasıdır" - Bayden xalqa xüsusi müraciətində deyib.

Onun sözlərinə görə, ABŞ-ın Əfqanıstanda bir məqsədi var idi - 11 sentyabr hücumunu təşkil edənləri əldə etmək, Əl-Qaidənin Əfqanıstandan gələcək hücumlar üçün istifadə edə bilməyəcəyinə əmin olmaq. "Biz bunu etdik" deyən Bayden, missiyanın on il əvvəl baş tutduğunu qeyd edib.

Avqustun 15-də radikal Taliban hərəkatının yaraqlıları Əfqanıstan üzərində tam nəzarəti ələ keçirdiklərini elan etdilər. İndi Əfqanıstanda hakimiyyəti taliblərə təhvil vermək üçün idarəetmə müvəqqəti şuraya verilib. Yeni şuraya Milli Barışıq üzrə Ali Şuranın rəhbəri Abdullah Abdullah və keçmiş prezident Həmid Kərzai daxildir. Prezident Əşrəf Qani ölkəni tərk etdi.

Qeyd edək ki, ABŞ və NATO qoşunlarının Əfqanıstan ərazilərindən rəsmi çıxarılması mayın 1-dən başlayıb. ABŞ Prezidenti Co Bayden ordunun yerli hökuməti dəstəkləyə bilməyəcəyini söyləyib.

Akif

0.015105009078979