Bayden utanmadan əfqan xalqını ittiham etdi

Bayden utanmadan əfqan xalqını ittiham etdi
 

ABŞ prezidenti Əfqanıstanda baş verənlərlə bağlı danışdı. Bu nəticələri çıxartdım:

- ABŞ-da ciddi lider sıxıntısı var;

- Bayden çıxışı ilə özünü biabır etdi;

- o, məsələləri doğru oxuya bilmədiyini göstərdi, bütün öncəgörmələri yanlış çıxdı. Amerika kəşfiyyatının verdiyi bilgilər özünü doğrultmadı, Amerika hər şeyi bilir və bacarır mifi dağıldı;

- Baydenin məsuliyyəti üzərinə götürməyə cəsarəti çatmadı (liderin ən önəmli özəlliklərindən biri budur), jurnalistlərdən qaçdı;

- bütün məsuliyyəti əfqan xalqının, ordusunun, liderlərinin üzərinə atdı;

- o, özünü xilas etməyə, ona yönəlmiş sən Amerikanı alçaltdın ittihamlarından qurtulmağa çalışdı, ancaq alınmadı;

- ABŞ Əfqanıstanı işğal etdi, bir qrupun cinayətinə görə bütün əfqan xalqını cəzalandırdı, 20 il zülm altında saxladığı əfqan xalqından üzr istəmədi;

- ABŞ 100 minə yaxın əfqanı öldürdü;

- rəsmi bir trilyon, qeyri-rəsmi üç trilyona yaxın pul itirdi. Bu puldan Əfqanıstanda təhsilin, elmin inkişafına, məktəblərin, universitetlərin açılmasına demək olar ki, pay ayırmadı;

- hər fürsətdə əfqan xalqını alçaltdı;

- ABŞ-ın 2500 əsgəri öldürüldü;

- ABŞ Əfqanıstandan çıxmadı, qovuldu;

- ABŞ öz adamlarının, ona xidmət etmiş əfqanların ölkədən çıxmasını təşkil etməyi bacarmadı;

- baş verənlər göstərdi ki, ABŞ dünya gücü olmaq imkanını sürətlə itirir, çöküş başlamışdır, dünya çoxqütblülüyə doğru gedir;

- öncə Rusiya, sonra ABŞ əfqan xalqına zülm etdi, bu iki sömürgəçi dövlət haraya getdisə, oraya qan, göz yaşı, ölüm, fəlakət apardı;

- Bayden yalan danışdı, dedi ki, bizim Əfqanıstanda işimiz yoxdur, terrora qarşıyıq, ancaq Suriyada PKK/ PYD terror təşkilatını silahlandırır, milyonlarla pul verir, Türkiyəyə qarşı terror dövləti qurmağa çalışır, Azərbaycana deyir ki, işğal etdiyin Qarabağ torpaqlarından çıx;

- İŞİD təşkilatını da ABŞ yaradıb, Tramp dedi ki, bu, Obamanın işidir;

- ABŞ Əfqanıstanda böyük bir fəlakət ocağı yaratdı, bu ölkədən qovuldu, ancaq onun şeytani planları bitmədi, Əfqanıstandan başqa dövlətlərə qarşı istifadə edəcək;

- Talibanın ortaya çıxmasının iki önəmli səbəbi var: a) Rusiya və ABŞ-ın zülmü; b) dərin cəhalət;

- dünyada zülm və cəhalət davam etdiyi müddətdə talibanların ortaya çıxması qaçılmazdır;

- ciddi elmi araşdırmalar göstərir ki, Taliban üzvlərinin yüzdə səksəninin təhsili yoxdur, yüzdə səksəni Qurani-Kərim oxumamışdır, qulaqdandolma dini bilgiləri var, Qurani-Kərim oxuyanların çoxu da ərəb əlifbasını öyrənib kitabı üzündən oxuyur, onun mənasından xəbərsizdir, həm Allahu-Əkbər deyir, namaz qılır, həm də gəlirlərinin yüzdə yetmiş beşini narkotik ticarətindən qazanır;

- dini anlayışımızın mərkəzinə Qurani-Kərimi qoymasaq, ədaləti dövlət və xalq münasibətlərinin əsasına yerləşdirməsək, elmə, təhsilə önəm verməsək, Azərbaycanı da çox ciddi təhlükələr gözləyir;

- bu gün Azərbaycanda xurafəçilər və xurafələr meydan sulayır, xurafələr ağılı, qəlbi, vicdanı, iradəni öldürür, insanları sürüyə, köləyə, fanatikə çevirir;
bu gün Azərbaycan hakimiyyətinin din məmurları, saray mollaları, ayrı-ayrı güclərə bağlı, dini libasa bürünmüş siyasi hədəfli moizəçilər xurafələrlə fanatiklər ordusu yetişdirirlər. Bunun qarşısı alınmasa, ağlını kirayə vermiş fanatiklər Azərbaycanı bəlaya sürükləyəcəklər;

Azərbaycanda heç bir rəsmi dini qurum öz vəzifəsini yerinə yetirmir, yetirmək imkanı da yoxdur; 
- Prezident İlham Əliyevi Qurani-Kərimin – gerçək dinin öyrənilməsinin yolunun açılması üçün ciddi addımlar atmağa çağırıram, yoxsa sonra gec olacaq, həm də çox gec.

Siracəddin Hacı

0.026817083358765